Yeni istehsal müəssisəsi yaratmaq, mövcud biznesi genişləndirmək və ya yeni texnologiyalara investisiya yatırmaq istəyən sahibkarlar üçün əsas məsələlərdən biri xərclərlə bağlıdır. Avadanlığın alınması və idxalı, istehsal sahəsinin yaradılması, torpaq və əmlakla bağlı xərclər və s. investisiya layihəsinin maliyyə yükünü artıra bilər.
Belə layihələrin həyata keçirilməsini dəstəkləmək məqsədilə Azərbaycanda investisiya təşviqi mexanizmi tətbiq olunur.
2016-cı ildən fəaliyyət göstərən bu mexanizm sahibkarların investisiya layihələrinə müəyyən vergi və gömrük güzəştlərinin tətbiq edilməsini nəzərdə tutur. Bununla da dövlət tərəfindən prioritet hesab olunan sahələrə investisiyaların təşviq edilməsi, yerli istehsalın genişləndirilməsi və yeni istehsal imkanlarının yaradılması dəstəklənir.
Cari ilin iyun ayında investisiya təşviqi sənədi verilən strateji istiqamətlərin əhatə dairəsi daha da genişləndirilib.
Powered by Froala Editor