Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır Biznes müqavilələri
Sədrin müraciəti

Hörmətli sahibkarlar,

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı inkişaf siyasətinin aparıcı istiqaməti olan sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətə başlaması münasibətilə Sizi təbrik edir və Agentliyin internet səhifəsi vasitəsilə Sizi salamlamaqdan məmnunluq duyuram.

Məlum olduğu kimi, ötən illər ərzində cənab Prezidentin müəyyən etdiyi strateji xəttin ardıcıl reallaşması və bu məqsədlə həyata keçirilən sistemli islahatlar nəticəsində sahibkarlığın ölkə iqtisadiyyatında rolu əhəmiyyətli dərəcədə artmışdır. Təbii ki, bu biznes mühitin əlverişliliyinin artırılması, sahibkarlığa çoxsaylı dəstək mexanizmlərinin yaradılması ilə mümkün olmuşdur. Fəaliyyətimiz bu illər ərzində qazanılmış uğurlara söykənərək hazırki inkişaf mərhələsinin çağırışlarına uyğun siyasətin həyata keçirilməsinə yönələcəkdir.

Əsas məqsədimiz kiçik və orta biznes üçün dəstək tədbirlərinin əhatə dairəsinin, biznes mühitinin əlverişliliyinin daha da artırılması, tənzimləmə sisteminin səmərəliliyinin yüksəldilməsi, idarəetmədə şəffaflığın tam təmin edilməsi vasitəsilə bu sektorun davamlı inkişafına nail olmaqdan ibarət olacaqdır. Hazırda Agentlik tərəfindən yaradılmaqda olan KOB Evləri və vahid elektron platforma üzərindən e-KOB portalı çoxsaylı dəstək və xidmətlərə rahat, maneəsiz çıxış imkanlarınızı təmin edəcəkdir. Hədəfimiz qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir.

Bu hədəflərə nail olmaq üçün fəaliyyətimizi sahibkarlarla, onların ictimai birlikləri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirəcəyik. Bu baxımdan, Sizi əməkdaşlığa dəvət edir və birgə səylərimizin ölkə Prezidentinin müəyyən etdiyi strateji xəttin reallaşmasına əhəmiyyətli tövhə verəcəyinə əminliyimi Sizinlə bölüşürəm.

 

İdarə Heyətinin sədri

Orxan Məmmədov

Powered by Froala Editor