Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib 28.09.26
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib

“Bir damla qan, min ümidə can” devizi ilə təşkil olunan qanvermə aksiyasında 800-dən çox şəxs iştirak edib. 

27 sentyabr - Anım Günü ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Respublika Qan Bankı, “Marsol Group” və “Məlhəm Beynəlxalq Hospital”ın tərəfdaşlığı ilə könüllü qanvermə aksiyası keçirilib. 

“Bir damla qan, min ümidə can” devizi ilə təşkil olunmuş aksiya 23-25 sentyabr tarixlərində Bakı şəhəri üzrə “Bakı KOB evi”, Respublika Qan Bankı və “Məlhəm Beynəlxalq Hospital”ında, eləcə də Lənkəran, Şəki və Quba rayonlarında keçirilib. Aksiyaya qoşulan sahibkarlar və şirkət əməkdaşları, o cümlədən KOBİA, İCMA və “Marsol Group”un nümayəndələri qan veriblər. 

Artıq üçüncü dəfədir ki, keçirilən aksiyada Bakı şəhəri və regionlar daxil olmaqla 800-dən çox şəxs iştirak edib. Həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Tədarük olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaqdır.

Powered by Froala Editor