Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər 17.09.26
KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər

Tədbirdə KOB-ların maliyyələşdirilməsi üzrə innovativ mexanizmlər, uğurlu ölkə təcrübələri və institusional modellər, həmçinin maliyyə savadlılığı məsələləri müzakirə olunub.

Türkiyənin paytaxtı Ankarada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) dəstəyi və İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə “KOB-lar üçün innovativ maliyyələşmə mexanizmləri üzrə icra strategiyalarının hazırlanması” mövzusunda seminar keçirilib.

İki gün davam edən tədbirin məqsədi KOB-ların innovativ maliyyələşdirmə mexanizmlərinə çıxışını genişləndirmək və bu mexanizmlərdən istifadəsini təşviq etməkdir.

Tədbirdə Türkiyə, İordaniya, Malayziya, Mərakeş, Pakistan və Seneqal kimi İƏT-ə üzv ölkələrin müvafiq sahə üzrə ixtisaslaşmış qurumlarının nümayəndələri iştirak ediblər. Ölkəmizi tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları təmsil ediblər.

Seminarda innovativ maliyyələşdirmə modellərinin hüquqi çərçivələri, KOB-ların maliyyələşdirilməsi üzrə milli və institusional amillər, mövcud dəstək mexanizmləri, KOB-ların maliyyəyə çıxışı ilə bağlı çağırışlar, rəqəmsal kreditləşmə, kraudfandinq, İslam maliyyə alətləri, KOB-ların maliyyə savadlılığı, kredit qabiliyyətinin qiymətləndirilməsi, risklərin idarə edilməsi və digər mövzularda panel müzakirələri keçirilib. İştirakçı ölkələrin nümayəndələri müvafiq istiqamətlərdə təcrübələrini bölüşüb, fikir mübadiləsi aparıblar. 

KOBİA nümayəndəsi tərəfindən tədbir çərçivəsində Azərbaycanın KOB evi modeli barədə ətraflı məlumat verilib. KOB evi modeli sahibkarlara vahid məkanda xidmətlərin göstərilməsi üzrə innovativ dəstək aləti kimi İƏT-ə üzv ölkələrin nümayəndələri tərəfindən maraqla qarşılanıb və seminarın yekununa dair tövsiyə sənədində bu modelin İƏT ölkələrində tətbiqi imkanlarının öyrənilməsi də öz əksini tapıb. 

Powered by Froala Editor