Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Video təlimlər

Video təlim platforması Agentlik tərəfindən mikro, kiçik və orta biznes (KOB) subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların biznes sahəsində biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması məqsədilə yaradılıb. Bu platformada biznesə başla, yumşaq bacarıqlar (soft skills), korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm və ixrac prosesinin təşkili istiqamətləri üzrə 180 təlim videosu, hər bir mövzu üzrə təlim materialları və özünüqiymətləndirmə testləri yerləşdirilib. 

Platformadan istifadə ödənişsizdir. 

Sahibkarların ehtiyacları nəzərə alınmaqla video təlim platforması mütəmadi olaraq yenilənəcəkdir. 

Biznes sahəsində biliklərini artırmaq istəyən KOB-lar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər www.kobim.az saytının “Video təlim platforması” bölməsində qeydiyyatdan keçməklə video materiallardan faydalana bilərlər. 

Powered by Froala Editor