Мы связываем социально-экономическое развитие Азербайджана непосредственно с предпринимательством и его развитием.
Делегация Руанды ознакомилась с моделью дома МСБ Проводится опрос среди стартапов Состоялось мероприятие «Турецко-Азербайджанская торговая делегация и “B2B” встречи» В Имишли пройдет прием предпринимателей В Ярдымлинском районе состоялась встреча с предпринимателями В регионах состоялись встречи с предпринимателями Какими услугами больше всего воспользовались предприниматели в 2025 году Заслушаны обращения предпринимателей Азербайджанская продукция была встречена с интересом на Международной Халяльной Выставке в Мекке Проведен семинар для предпринимателей по изменениям в Налоговом Кодексе
WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar
WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar

Biznes subyektləri və startaplar WUF13-də aktiv iştirak etməklə beynəlxalq təcrübədən yararlana, işgüzar əlaqələrini genişləndirə, məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edə bilərlər. 

Məlum olduğu kimi 17–22 may 2026-cı il tarixlərində Bakı şəhəri daha bir mötəbər tədbirə - Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) ev sahibliyi edəcək. WUF13 qlobal miqyasda dayanıqlı və innovativ şəhərsalma həllərinin müzakirə olunduğu, bu sahədə “yaşıl iqtisadiyyat” və dövlət-özəl sektor əməkdaşlığının prioritetləndirildiyi nüfuzlu platformadır. Bu tədbir yalnız şəhərsalma mütəxəssisləri üçün deyil, sahibkarlar və startaplar üçün də faydalıdır. Konfrans və sərgi (“Urban Expo”) olmaqla iki hissədən ibarət forum biznes üçün bir sıra unikal imkanlar təqdim edəcək. 

Qlobal təcrübə və tərəfdaşlıq imkanları

WUF13 çərçivəsində təşkil olunacaq konfransda yerli və beynəlxalq ekspertlərin, dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə dayanıqlı şəhərsalma həlləri, “yaşıl iqtisadiyyat” və innovativ texnologiyalar mövzusunda geniş müzakirələr aparılacaq. Bunun sahibkarlar üçün faydaları:

-Beynəlxalq təcrübə və bilik mübadiləsi: Qlobal trendlər, uğurlu layihələr və innovativ həllər öyrənilir. 

-Biznes şəbəkəsinin genişləndirilməsi: Yeni tərəfdaşlıqlar qurmaq və investisiya imkanlarını araşdırmaq imkanı yaranır. 

-Beynəlxalq standartlara uyğunlaşma: Sahibkarlar biznes strategiyalarını qlobal bazara uyğun şəkildə təkmilləşdirə bilirlər.

Müxtəlif ölkələrdə təşkil olunmuş WUF-ların təcrübəsi göstərir ki, sahibkar və startaplar bu tədbirdə iştirak etməklə bir sıra müsbət geridönüşlər əldə edirlər. 

“Urban Expo”: innovativ şəhərsalma həlləri

WUF13 çərçivəsində təşkil olunacaq “Urban Expo” sərgisi sahibkarlara innovativ məhsullarını, “ağıllı şəhər” texnologiyalarını və dayanıqlı həlləri geniş auditoriyaya təqdim etmək imkanı verəcək. Burada sahibkarlar:

-beynəlxalq investorlar və tərəfdaşlarla birbaşa əlaqə qura biləcək; 

-yeni bazarlara çıxış imkanlarını genişləndirəcək; 

-innovativ layihələrini tanıtmaq və qlobal auditoriya ilə paylaşmaq imkanı əldə edəcəklər. 

Powered by Froala Editor