Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib İnsanların işini asanlaşdıracaq yeni startaplar Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun iclası keçiriləcək
Haqqımızda

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Dövlət başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib.

Agentlik ölkədə kiçik və orta biznesin inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Agentliyin fəaliyyətinə rəhbərliyi 7 nəfərdən ibarət Müşahidə Şurası həyata keçirir. Agentliyin Müşahidə Şurası Azərbaycan Respublikasının maliyyə, əmək və əhalinin sosial müdafiəsi və kənd təsərrüfatı nazirlərinin müavinlərindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsindən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarətdir. Agentliyin Müşahidə Şurasının sədri iqtisadiyyat naziridir.

Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 üzvdən ibarət İdarə Heyəti həyata keçirir.

Powered by Froala Editor

Agentliyin strukturuna daxildir:

- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Aparatı;

- Kiçik və Orta Biznes evləri;

- Kiçik və Orta Biznesin inkişafı mərkəzləri;

- Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi;

- Kiçik və Orta Biznesin inkişafı fondları.

Powered by Froala Editor

Məqsədimiz KOB-ların fəaliyyətinin tənzimlənməsində iştirak etmək, bu sahədə beynəlxalq təcrübədə geniş tətbiq olunan və müasir tələblərə cavab verən çevik idarəetmə sisteminin və səmərəli əlaqələndirmə mexanizminin tətbiqi yolu ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu möhkəmləndirmək, xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək və onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumlarının bu sahədə fəaliyyətini əlaqələndirmək, regionlarda sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır.

Powered by Froala Editor

Missiyamız kiçik və orta biznesin tənzimlənməsi sisteminin səmərəliliyinin artırılması, çoxsaylı dəstək mexanizmləri və onlara sahibkarların rahat çıxışının təmin edilməsi, KOB sektorunun davamlı inkişafına nail olmaq və onun ölkə iqtisadiyyatındakı rolunun artırılmasından ibarətdir. 

Agentliyin hədəflərindən biri də qurumu sahibkarın dostu kimi önəmli missiyanın daşıyıcısına çevirməkdir.

Powered by Froala Editor

Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsi məqsədi ilə kiçik və orta biznesin iqtisadi inkişafda rolunun, ÜDM-də və məşğulluqda payının artırılması, rəqabət qabiliyyətinin gücləndirilməsi, KOB subyektlərinin maliyyələşmə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi, gündəlik istehlak malları ilə təminatın əsasən KOB subyektləri vasitəsilə həyata keçirilməsi, KOB-ların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi strateji hədəflərimizdir. 

Powered by Froala Editor