Powered by Froala Editor
Pambıq bitkisinin gövdəsindən mebel sənayesində lazım olan yarımfabrikat lövhələrin hazırlanması
Lifsiz pambıq toxumunun emalı müəssisəsinin yaradılması
Pomidor emalı müəssisələrinin yaradılması
Mühərriksiz kənd təsərrüfatı aqreqatlarının istehsal potensialının öyrənilməsi
Şirniyyat halvalarının istehsalı
Səyyar qəhvə və yan məhsulların istehlakı
Meyvə qurularının və meyvə pürelərinin istehsalı
Bal və arıçılıq məhsulları istehsalı
Kimyəvi yuyucu vasitələrin istehsalı (paltar və qab üçün)
HORECA sahəsi üzrə şirniyyat ehtiyacları
Daşınar soyuducu anbarların istehsalı
Tekstil fabrikinin yaradılması
Məişət tullantıları konteynerlərinin istehsalı və satış imkanları
Reklam vasitələrinin yaradılması və effektivliyi
Avtokimya xidməti və məhsullarının istehsalı
Özəl və korporativ geyimlərin istehsalı
Minik və yük avtomobillərində yağdəyişmə xidmətləri
Powered by Froala Editor
Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanına uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə daxili bazar araşdırmasının aparılması üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilir.
Daxili bazar araşdırmasının aparılması üçün dəstək tədbirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.
Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər.
Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manata qədərdir. Bazar araşdırmasının aparılması üçün sahibkarlar fərdi və ya qrup halında müraciət edə bilərlər.
Yeni məhsul və xidmətlər yaratmaq, biznesini genişləndirmək istəyən sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ƏRİZƏ FORMASINI dolduraraq Agentliyə birbaşa (Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron (info@smb.gov.az) müraciət edə bilərlər.
Ətraflı məlumat üçün: 131 Çağrı Mərkəzi, (+994 12) 404 04 01.
Powered by Froala Editor
Powered by Froala Editor
Powered by Froala Editor
Powered by Froala Editor
S/S | KOB subyektinin adı | Daxili bazar araşdırması sahəsi | Tarix |
1. | Fərdi sahibkar Şahhüseynov Ceyhun Əhmədiyyə oğlu | Oğuz rayonunda çörəyə olan tələbatın müəyyən edilməsi və bu tələbata uyğun çörək istehsalı avadanlıqları | 2019 |
2. | “SAGA DEVELOPMENT” MMC | Alüminium folqadan qapaqların istehsalı | 2019 |
3. | Fərdi sahibkar Yusubov Rauf Arif oğlu | Fındıq və quru meyvə tərkibli batonların istehsalı | 2019 |
4. | “Allsmart Technologies LLC” (Smart HOME) MMC | Şlaqbaum, domofon, kamera, lift idarə edilməsi, jalüz qaraj qapısı və təhlükəsizlik sistemlərinin istehsalı | 2019 |
5. | “VİOLET” MMC | Kağız məmulatların və termal kağız istehsalı | 2019 |
6. | “MAN-G Design And Construction” MMC | Dizayn - Təmir - Tikinti sahəsi | 2020 |
7. | "DEFSCOPE" MMC | İT - Kiber Təhlükəsizlik sahəsi | 2020 |
8. | “Azerbaijan Fish Company” MMC | Balıq məhsullarının istehsalı və satışı | 2020 |
9. | “USC” MMC | Təhlükəli tibbi tullantıların zərərsizləşdirilməsi sahəsi | 2020 |
10. | "BAKQAZ" MMC | Kənd təsərrüfatı avadanlıqlarının istehsal potensialı | 2020 |
11. | Fərdi sahibkar Turan Özbahçeçi | Limonadların istehsalı | 2021 |
12. | Fərdi sahibkar Turan Özbahçeçi | Qazlı və qazsız içməli suların istehsalı | 2021 |
13. | Fərdi sahibkar Turan Özbahçeçi | Sabun istehsalı | 2021 |
14. | Fərdi sahibkar Babazadə Ceyhun Tofiq oğlu | Birdəfəlik karton istehsalı ilə bağlı daxili bazar istehlakının öyrənilməsi | 2021 |
15. | Fərdi sahibkar Nurlan Fətullayev | Əmtəələrin qablaşdırılması üçün plastik məmulatların istehsalı sahəsi | 2021 |
16. | "Badam" MMC | Badamın daxili satış kanallarının araşdırılması | 2021 |
17. | “EXPERT CHEMİCAL” MMC | Kartof Free istehsalı | 2021 |
18. | Fiziki şəxs Kərim Babayev | Dekorativ əşyaların hazırlanması | 2021 |
19. | "Kağız və Karton Fabriki" MMC | Kağız və karton məmulatları və onlardan hazırlanan birdəfəlik məişət məhsullarının istehlakı bazarının öyrənilməsi | 2022 |
20. | "A-Z" MMC | Təlimə ehtiyacı olan sahələrin müəyyənləşdirilməsi (IT, fərdi inkişiaf, analitika) | 2022 |
21. | "Flame Export and İmport" MMC | Çaxır üçün nəzərdə tutulmuş tıxacların istehsalı | 2022 |
22. | Fiziki şəxs Ağayev Mehman | Kosmetik vasitələrin istehsalı və satışı | 2022 |
23. | "BAKQAZ" MMC | Qaz tənzimləyici cihazlarının və elektromaqnit klapanların istehsalı | 2022 |
24. | Fiziki şəxs Məmmədov Xaqani | Aşındırıcı daşların istehsalı | 2023 |
25. | "Universal Business Corporation" MMC | Organik tərəvəzçilik | 2023 |
26. | "PİCKART" MMC | Yenidən emal məhsullarından interyer dizayn materiallarının istehsalı | 2024 |
Powered by Froala Editor