Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzi

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzi “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanına əsasən yaradılıb.

“Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış 27.12.2022-ci il tarixli 1919 nömrəli Fərmanın 1.5-ci bəndinə əsasən, dövlət-özəl tərəfdaşlığı sahəsində səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müəyyən edilib.

Dövlət-Sahibkar Tərəfdaşlığının (DÖST) İnkişafı Mərkəzinin fəaliyyət istiqamətləri:

  • dövlət-sahibkar tərəfdaşlığı üzrə qanunvericilik bazasının və institusional infrastrukturun inkişaf etdirilməsi ilə əlaqədar təkliflərin verilməsi, 
  • proqram və layihələrin hazırlanması, həyata keçirilməsi və əlaqələndirilməsi, 
  • KOB-ların iştirakının genişləndirilməsinin təmin edilməsi, bütün maraqlı tərəflərin maarifləndirilməsi və potensialının gücləndirilməsi, 
  • müəyyən olunmuş meyarlara uyğun layihələrin təhlil edilməsi, araşdırılması və həmin layihələrin reallaşdırılması üçün işlərin görülməsi.

 

Powered by Froala Editor