Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOB klaster

Powered by Froala Editor

KOB klaster şəhadətnaməsini almaq üçün kommersiya hüquqi şəxslər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. Müraciətlər Agentliyə yazılı formada (Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) və ya elektron qaydada (info@smb.gov.az) təqdim edilməlidir.

KOB klaster şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya daxil olmuş ərizə həmin gün qeydiyyata alınır. Ərizəyə və ona əlavə edilmiş sənədlərə 30 gün müddətində baxılır və çatışmazlıq aşkar edilmədikdə Agentlik ərizəçiyə Dövlət Vergi Xidməti ilə razılaşdırmaqla KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edir.

Müraciət etmək üçün aşağıdakı sənədlər tələb olunur: 

- KOB klaster şirkəti şəhadətnaməsinin verilməsi barədə qərarın qəbul olunması üçün ərizə; 

- KOB klasterin funksional xəritəsi;

- hüquqi şəxsin nizamnaməsində dəyişikliklər edilməsi barədə qəbul edilmiş qərarın əsli və nizamnamədə müvafiq dəyişikliklər edilməsi barədə layihənin surəti; 

- KOB klasterinin iştirakçısı olmaq istəyən KOB klaster şirkətindən qarşılıqlı surətdə asılı olmayan azı 10 (on) mikro, kiçik və ya orta sahibkarlıq subyektinin siyahısı; 

- KOB klasterinin fəaliyyətində iştirak haqqında ərizələr; 

- KOB klasterinin iştirakçısı olmaq istəyən mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamələri; 

- fiziki şəxs olan mikro, kiçik və ya orta sahibkarlıq subyektlərinə münasibətdə, həmçinin şəxsiyyəti təsdiq edən sənədin surəti; 

- hüquqi şəxsin dövlət reyestrindən çıxarışının surəti; 

- hüquqi şəxsin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti.

KOB klasteri - eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən, qarşılıqlı iqtisadi münasibətlər quraraq əlaqəli, bir-birini tamamlayan və birgə fəaliyyət göstərən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının məcmusudur. 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti müvafiq reyestrə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.

Powered by Froala Editor