Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOB inkişaf mərkəzləri


Mikro, kiçik və orta sahibkarların bilik və bacarıqlarının artırılması, innovasiyalara çıxışının genişləndirilməsi, müasir çağırışlara uyğun təlimlərin təşkili və praktik məsləhət xidmətlərinin göstərilməsi biznesin qurulması və inkişafı üçün əhəmiyyətlidir.

Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturunda KOB inkişaf mərkəzləri (KOBİM) fəaliyyət göstərir.

KOB inkişaf mərkəzlərində aşağıdakı istiqamətlər üzrə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlim və seminarlar keçirilir, fərdi və qrup halında məsləhət xidmətləri göstərilir, KOB-ların şəbəkələşməsinə, sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər barədə məlumatlandırılmasına və s. dəstək təmin olunur:

- Biznesin planlaşdırılması

- Biznesin inkişaf etdirilməsi

- Marketinq

- Satış

- Biznes sahəsində qanunvericilik

- Maliyyənin idarə olunması

- İnsan resurslarının idarə edilməsi və s.

Mərkəzlərdə həmçinin, innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək göstərilir, qadınlar, əlilliyi olan şəxslər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların məlumatlandırılması istiqamətində digər tədbirlər həyata keçirilir.

KOB inkişaf mərkəzlərində göstərilən bütün xidmətlər ödənişsizdir.

ƏTRAFLI: WWW.KOBIM.AZ

Powered by Froala Editor