Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər 18.09.26
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər

KOB evlərində sahibkarlara lisenziyalaşdırma ilə bağlı informasiya dəstəyi göstərilir və lisenziya almaq üçün müraciət etmək mümkündür.

Sahibkarlar hazırda 23 fəaliyyət növü üzrə lisenziya (dövlət təhlükəsizliyindən irəli gələn hallar, habelə maliyyə bazarları sahəsində fəaliyyətlər istisna olmaqla) almaq üçün KOB evlərinə də müraciət edə bilərlər. KOB evlərində sahibkarlar lisenziyaların alınması üzrə informasiya dəstəyi ala, müraciət edə, tələb olunan sənədləri təqdim edə və hazır sənədi götürə bilərlər. Lisenziyalaşdırma ilə bağlı bütün prosesin vahid məkanda - KOB evlərində həyata keçirilməsi sahibkarların vaxtına və əməliyyat xərclərinə qənaət etməsinə imkan verir. 

Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq KOB evləri və ASAN xidmət mərkəzləri ilə yanaşı, “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Lisenziyalarla bağlı www.smb.gov.az saytının “KOB evləri” bölməsindən, eləcə də “Lisenziyalar və icazələr” portalından (https://lisenziya.gov.az/) ətraflı məlumat almaq mümkündür. 

Qeyd edək ki, lisenziya müəyyən sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsinə hüquqi əsas verən rəsmi sənəddir. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Lisenziya almaq üçün tələb olunan sənədlərin siyahısı fəaliyyət növündən asılı olaraq dəyişir. Təqdim edilən sənədlər qanunvericiliyin tələblərinə uyğun olduqda lisenziya 10 iş günündən gec olmayaraq təqdim edilir. Lisenziyanın verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt tətbiq edilir. Qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa lisenziya müddətsiz verilir.

Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərən KOB evləri vasitəsilə bugünədək sahibkarlara 379 lisenziya verilib. Təqdim edilmiş lisenziyalar əsasən tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, özəl tibb fəaliyyəti, əczaçılıq, baytarlıq preparatlarının satışı, sürətli poçt xidməti, bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin idxalı və digər fəaliyyət növlərini əhatə edib. Ümumilikdə isə 1 sentyabr 2026-cı il tarixinə İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif sahələr üzrə 20397 lisenziya verilib. 

Powered by Froala Editor