Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Karyera imkanları

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi insan kapitalının inkişafına, effektiv və şəffaf kadr siyasətinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

Agentliyin kadr siyasəti yüksək ixtisaslı və peşəkar kadr potensialının formalaşdırılmasına yönəldilib.

Hazırda Agentlikdə yerli ali məktəblərin məzunları ilə yanaşı, dünyanın bir çox aparıcı universitetlərində təhsil almış savadlı və təcrübəli kadrlar çalışır.

Agentlikdə işləməklə Siz, peşəkar, öz işini bilən mütəxəssislərdən ibarət mehriban və səmimi komandada işləmək, eləcə də ixtisasınızı artırmaq, böyük təcrübə toplamaq və daim inkişaf etmək imkanı əldə edəcəksiniz.

Agentlik işçilərinin təhsilinə və peşəkar inkişafına böyük önəm verir, onlara müxtəlif yerli və xarici təşkilatların təşkil etdikləri treninqlərdə, seminarlarda və kurslarda iştirak etmək imkanı yaradır.

Agentlikdə işə qəbul mərhələli müsahibə formasında, şəffaflıq, bərabərlik və qərəzsizlik prinsipləri əsasında həyata keçirilir.

Əgər Siz də, mövcud vakansiyalar üzrə bizə müraciət etmək istəyirsinizsə elektron anket formanızı müraciət etmək istədiyiniz sahə göstərilməklə hr@smb.gov.az   ünvanına göndərə bilərsiniz.

Powered by Froala Editor