Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Ömür boyu öyrənmək

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə KOS-lar üçün “ömür boyu öyrənmək” imkanlarının təmin olunması nəzərdə tutulur.

KOS subyektlərinin bilik və bacarıqlarının artırılması üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi üzrə xidmətlər göstərən dövlət və özəl qurumların fəaliyyətinin əlaqələndirilməsi məqsədilə İqtisadiyyat nazirinin 4 dekabr 2018-ci il tarixli əmri ilə Komissiya yaradılıb.

Komissiyada İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Təhsil, Maliyyə, Kənd Təsərrüfatı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Vergilər nazirliklərinin müvafiq təlim-tədris mərkəzlərinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və özəl şirkətlərin nümayəndələri təmsil olunur.

Komissiya KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi sahəsində göstərilən dövlət dəstəyinin əlaqələndirilməsi, KOS-ların rəqabətqabiliyyətliliyinin artırılması üçün onların təlim-tədris ehtiyaclarının öyrənilməsi, təlim proqramlarının hazırlanması və bu barədə KOS-lara təlim keçən dövlət və özəl qurumların məlumatlandırılması, iqtisadiyyatın perspektiv və prioritet sahələri, həmçinin hədəf qruplar üzrə praktik biliklər verən xüsusi təlimlərin keçirilməsi, təlimlərin səmərəliliyinin qiymətləndirilməsi və müvafiq təkmilləşdirmə tədbirlərinin görülməsi məqsədilə təkliflərin hazırlanması kimi istiqamətlərdə fəaliyyət göstərir.

Powered by Froala Editor