Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarlarının məhsulları “MÜSİAD EXPO” və “Halal Expo” sərgilərində nümayiş olunub Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib İnsanların işini asanlaşdıracaq yeni startaplar Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun iclası keçiriləcək
Beynəlxalq əməkdaşlıq

KOBİA kiçik və orta biznes sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, bu sahədə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə Türkiyə, Rusiya, Səudiyyə Ərəbistanı, İtaliya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Koreya, İsveçrə, İsrail, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Macarıstan, Özbəkistan, Ukrayna və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq edir. Agentlik həmçinin, beynəlxalq maliyyə institutları, eləcə də Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunda və yerli KOB-larla əməkdaşlıqda maraqlı olan xarici investorlarla yerli sahibkarlar arasında vasitəçilik edir, bu sahədə xarici təşkilatlara və sərmayədarlara dəstək göstərir.


KOBİA ilə xarici ölkələrin müvafiq qurumları arasında imzalanmış anlaşma memorandumları


  • KOBİA və Türkiyənin Bilişim Vadisi arasında Niyyət Protokolu imzalanmışdır.
  • KOBİA və Gürcüstanın Biznes Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanmışdır.
  • KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında Anlaşma Memorandumu imzalanmışdır.
  • KOBİA və Qazaxıstanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
  • KOBİA və Tacikistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
  • KOBİA və Özbəkistanın İqtisadi İnkişaf və Yoxsulluğun Azaldılması Nazirliyi yanında Sahibkarlığın İnkişafı Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
  • KOBİA və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş imzalanmışdır.
  • KOBİA və Gürcüstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
  • KOBİA və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Ticarət və Sənaye Palatası Birliyi arasında əməkdaşlığa dair Saziş imzalanmışdır.
  • KOBİA və Türkiyənin “CCN” Şirkətlər Qrupu arasında Azərbaycanda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
  • KOBİA və Türkiyənin “SUR YAPI” şirkəti arasında Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA ilə Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatı (KOSGEB) arasında mikro, kiçik və orta müəssisələrin maliyyə resurslarına çıxışının genişləndirilməsinə dair Niyyət Protokolu imzalanmışdır. 
  • KOBİA ilə Qırğızıstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA və Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA və Özbəkistanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA və Litvanın Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında əməkdaşlıq haqqında Memorandumu imzalanmışdır. 
  • KOBİA və İordaniya Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı (ISIPO) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA və Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi ("Ukraine Invest") arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. 
  • KOBİA vә Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA və "Enterprise Georgia" arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 
  • Qətər İnkişaf Bankı və Agentlik arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA və Rusiyanın “Roskonqres” Fondu arasında əməkdaşlığa dair Saziş imzalanmışdır. 
  • KOBİA Türkiyənin Kiçik Sahibkarlar və Sənətkarlar Konfederasiyası (TESK) və Türk Girişim və İş Dünyası Konfederasiyası (TÜRKONFED) ilə əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır. 
  • KOBİA və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.
  • KOBİA və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA və Rostov vilayətinin İxraca Dəstək Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA və Kiçik ve Orta Müəssisələrin Beynəlxalq Şəbəkəsi (INSME) arasında Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA ilə İtaliyanın Milli Mikrokredit Agentliyi və İtaliya Beynəlmiləlləşdirmə Agentliyi (“Promos İtaliya”) arasında Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA və Ukrayna Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.  
  • KOBİA və İsveçrənin Kiçik və Orta Sahibkarlar Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. 
  • KOBİA ilə Polşa Respublikasının Sahibkarlığın İnkişafı Agentliyi (PARP) arasında Anlaşma Memorandumu imzalanmışdır. 


Powered by Froala Editor