Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar... KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” 24.09.26
Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır”














Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı, rəqabət qabiliyyətinin artırılması və yerli istehsalın stimullaşdırılması istiqamətində mühüm addımlardan biri də KOB klasterlərinin yaradılmasıdır. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) departament müdiri Altun Yasinli “vergiler.az”ın ölkəmizdə həyata keçirilən klasterləşmə barədə suallarını cavablandırıb.


Altun müəllimklasterləşmiş mikrokiçik və orta sahibkarlar və klasterləşməyən sahibkarlıq subyektləri arasındakı fərq nədən     ibarətdir?

Klasterləşmiş və klasterləşməyən sahibkarlıq subyektləri arasındakı əsas fərq fəaliyyət zamanı onların digər müəssisələr və qurumlarla əməkdaşlıq səviyyəsindədirKlasterləşmiş sahibkarlar adətən eyni və ya əlaqəli sahədə fəaliyyət göstərən digər müəssisələrlə, təchizatçılarla, xidmət göstərən şirkətlərlə daha sıx əməkdaşlıq edirlər. Məsələn, bir klaster daxilində müəssisələr müəyyən istehsal mərhələləri üzrə ixtisaslaşa, bir-birindən xammal və xidmətlər əldə edə və ümumi infrastrukturdan istifadə edə bilərlər. Bu da onların bazara çıxışını, bilik və təcrübə mübadiləsini, innovasiya imkanlarını və xərclərin optimallaşdırılmasına gətrib çıxarır.

Klasterləşməyən sahibkarlıq subyektləri isə daha çox müstəqil fəaliyyət göstərirlər. Onlar təchizat, satış, marketinq, innovasiya və digər məsələləri əsasən öz imkanları hesabına həll edirlər. Buna görə də digər müəssisələrlə sistemli əməkdaşlıq və birgə resurslardan istifadə imkanları nisbətən məhdud olur.

 

- Klasterləşmə KOB subyektləri üçün niyə zəruridir və hansı üstünlükləri var?

KOB-ların bir çox hallarda maliyyə, texnologiyakadrmarketinq və bazara çıxış imkanları məhdud olurKlasterləşmə isə bu müəssisələrin bir-biri ilə əməkdaşlıq etməsinə və mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır.

Klaster daxilində sahibkarlar xammal və xidmətlərə daha əlverişli çıxış əldə edə, birgə layihələr həyata keçirə, yeni texnologiyalardan yararlana, eləcə də bilik və təcrübə mübadiləsi apara bilərlər. Eyni zamanda müəssisələrin müəyyən sahələr üzrə ixtisaslaşması istehsal prosesinin daha səmərəli qurulmasına və məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsinə şərait yarada bilər.

Digər mühüm üstünlük bazarlara çıxış imkanlarının genişlənməsidir. Ayrı-ayrılıqda fəaliyyət göstərən kiçik müəssisələrin böyük sifarişi və ya ixrac bazarının tələblərini qarşılamaq imkanları məhdud ola bilər. Klaster daxilində isə müəssisələr öz imkanlarını birləşdirərək daha böyük layihələrdə və dəyər zəncirlərində iştirak edə bilərlər.

Ölkəmiz üçün klasterləşmənin digər mühüm tərəfi regionların iqtisadi inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verməsidir. Müəyyən regionda eyni və ya əlaqəli sahələr üzrə müəssisələrin formalaşması həmin ərazidə həm sahibkarlıq fəaliyyətini, həm də yerli təchizat və xidmət sektorlarını inkişaf etdirə bilər.

 

Bəs dövlət tərəfindən sahibkarlıq subyektlərinin klasterləşməsi necə təşviq edilir?

Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulurBelə ki, KOB klaster şirkəti 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə edilən torpaqlara görə torpaq və əmlak vergilərindən azad olunur. Eyni zamanda təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad edilir. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur. KOBİA tərəfindən KOB klasterinin funksional xəritəsinin və maliyyə-iqtisadi əsaslandırılmasının hazırlanmasına, KOB klasterinin iştirakçısının tapılmasına müvafiq dəstək göstərilir.

 

KOB klaster şirkəti və onun iştirakçısı arasındakı fərq nədir?

Mikrokiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və tənzimlənməsi Qaydaları”na əsasən, “KOB klaster şirkəti” statusunu almaq və ya bu fəaliyyəti həyata keçirmək üçün həmin şirkət qarşılıqlı surətdə asılı olmayan azı 10 mikrokiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdləri bağlamalı və klaster üzrə hazırlanan məhsulun xammal və material dəyərinin    azı 50%-ni klaster iştirakçısı olan yerli istehsalçılardan təchiz etməlidirBurada məqsəd klasterin inkişafında yerli istehsalın və KOB subyektlərinin rolunun artırılmasıdır.

Eyni zamanda Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli, istehlakın 50%-dən artıq hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması və ya qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və s.) göstərilməsi KOB klaster şirkətinin əsas meyarlarındandır.

Həmçinin regionlarının investisiya potensialına uyğun olaraq KOB klaster şirkətinin həyata keçirəcəyi layihə üzrə investisiyanın minimum həcmi müəyyən edilib. KOB klasterinin iştirakçısı isə KOB klasterində fəaliyyət göstərmək üçün KOB klaster şirkəti ilə müqavilə bağlayan və ona müəyyən mal və xidmətləri təqdim edən mikro, kiçik və orta sahibkarlıq subyekti hesab edilir.

 

KOB klaster şirkəti və onun iştirakçısı olmaq istəyən sahibkarlıq subyektləri hansı dövlət orqanına müraciət etməlidir?

KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum KOBİA-dırBelə şirkətin yaradılması üçün kommersiya hüquqi şəxs müvafiq ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə yazılı və ya elektron formada KOBİA-ya müraciət etməlidir. KOB klasterin iştirakçısı olmaq istəyən KOB-lar isə klaster şirkəti ilə müqavilə bağlamalı və KOBİA-ya müraciət etməlidir. KOB klaster iştirakçılarına təqdim edilən şəhadətnamələr klaster iştirakçısı statusunu təsdiq edir və onlar da güzəştlərdən yararlanır. Şəhadətnamə almaq üçün lazım olan sənədlər barədə məlumatı sahibkarlar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edərək öyrənə bilərlər.

 

Hazırda ölkədə neçə KOB klaster şirkəti fəaliyyət göstərir və hansı sahələrdə KOB subyektləri onların iştirakçıları ola bilərlər?

Azərbaycanda artıq üç şirkətə “KOB klaster şəhadətnaməsi” verilibİlk KOB klaster şirkəti “Frutena KOB klaster şirkəti” MMC-dir və həmin şirkət Qubada təbii meyvə konsentratı istehsal edəcək. Zavod 4 hektar ərazidə yerləşir. Burada illik 4 min ton alma konsentratının istehsalı nəzərdə tutulur ki, bunun üçün 28-30 min ton almadan istifadə olunması proqnozlaşdırılır. KOB klaster şirkətinin fəaliyyəti üçün nəzərdə tutulan 15 milyon manat investisiyanın 80%-i artıq zavodun fəaliyyətə başlaması üçün sərf olunub. Layihə çərçivəsində ilkin mərhələdə 50 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır. Burada tikinti-quraşdırma işləri artıq yekunlaşmaqdadır və avadanlıqların quraşdırılması işləri aparılır. Böyük miqdarda meyvə xammalı tədarük edəcək “Frutena KOB klaster şirkəti” alma və nar istehsalı sahəsində əməkdaşlıqda maraqlıdır.

Sumqayıtda fəaliyyət göstərəcək “Naturaoil KOB klaster şirkəti” MMC nəqliyyat vasitələrinin (avtomobil, yük maşınları, qatarlar, gəmilər) mühərrikləri üçün hidrorefinasiya olunmuş sürtkü yağı istehsal edəcək. Bu məqsədlə 0,7 hektar ərazidə qurulacaq zavodda əsasən yerli xammaldan, xüsusilə tullantı sürtkü yağlarından istifadə edilərək müasir tələblərə cavab verən ekoloji təmiz sürtkü yağları istehsal olunacaq. Layihə çərçivəsində sahibkar tərəfindən ilkin mərhələdə 3 milyon manat, ümumilikdə isə 5,8 milyon manat həcmində investisiya yatırılacağı nəzərdə tutulur. İlkin mərhələdə 30-a yaxın iş yerinin yaradılması planlaşdırılır. Hazırda layihələndirmə və zəruri istehsalın ölkə qanunvericiliyinə uyğunlaşdırılması üçün işlər görülməkdədir. Gələcəkdə tullantı sürtkü yağlarının tədarükü ilə məşğul olacaq şirkətlər ilə əməkdaşlığın qurulmasında “Naturaoil KOB klaster şirkəti” MMC maraqlıdır.

Bakı şəhərində fəaliyyət göstərəcək sayca üçüncü KOB klaster şirkəti olan "Healthtech Solutions KOB Klaster Şirkəti" isə laboratoriyalarda istifadə olunan test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsal edəcək. Layihəyə ilkin mərhələdə 5 milyon manat olmaqla, ümumilikdə 8 milyon manat həcmində investisiya yatırılması nəzərdə tutulur. Müəssisədə ilkin mərhələdə 10-a yaxın, ortamüddətli dövrdə isə 50 nəfərin daimi iş yeri ilə təmin olunması planlaşdırılır. Hazırda istehsal üçün avadanlıqların və cihazların gətirilməsi mərhələsində olan zavod fəaliyyətə başladıqdan sonra reaktivlər, fermentlər, antigen və ya anticisim əsaslı komponentlər, tampon məhlulları, nəzarət materialları, filtr və membran, həmçinin test kasetlərinin və digər komponentlərin hazırlanması üçün plastiklər, steril qablaşdırma, tibbi kağız, plastik plyonka, etiket və yapışdırıcı materiallar istehsal edəcək KOB-larla əməkdaşlıq edilə bilər.

 

KOB klaster şirkəti və onun iştirakçısı müvafiq şəhadətnamə əldə etdikdən sonra maliyyəyə çıxış imkanları genişlənirmi?

Bu dəstək mexanizmi banklar tərəfindən avtomatik kredit verilməsi demək olmasa da, şirkətin maliyyə dayanıqlığını yüksəldərək kapitala çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırırVergi azadlığı hesabına artan mənfəət və nağd pul axını biznesin borcqaytarma qabiliyyətini gücləndirir və bankların gözündə onun risk dərəcəsini minimuma endirir. Eyni zamanda klaster daxilindəki zəncirvari tərəfdaşlıq ekosistemi investorlara sabitlik zəmanəti verir və dövlətin güzəştli fondlarından aşağı faizli kredit almaq ehtimalını artırır.

 

Gələcəkdə hansı sektorlarda klasterlərin yaradılması gözlənilir?
Ö
lkəmizin iqtisadi rayonları üzrə malik olduqları təbii resurslar və ixtisaslaşmış istehsal potensialları əsas götürülərək deyə bilərik kiaqrar emalturizmtullantıların təkrar emalı sahələrində KOB klasterlərin yaradılması proqnozlaşdırılır.

 

https://vergiler.az/news/articles/40769.html 

Powered by Froala Editor