We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
WUF13 Hosts Awareness Event for Entrepreneurs Rwandan Delegation Familiarized with the SMB House Model A survey is being conducted among startups “Türkiye–Azerbaijan Trade Delegation and B2B Meetings” event was held Reception of entrepreneurs to be held in Imishli Meeting Held with Entrepreneurs in Yardimli region Meetings with entrepreneurs were held in the regions Which Services Did Entrepreneurs Use Most in 2025 Entrepreneurs’ Appeals Were Heard Azerbaijani Products Attracted Great Interest at the International Halal Exhibition Held in Mecca
Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər
Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Strateji inkişaf və innovasiyalar departamentinin müdir müavini Altun Yasinlinin müsahibəsini təqdim edirik. 

Klasterləşmə nədir və sahibkarlar üçün hansı imkanlar yaradır? 

KOB klaster –  eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının birləşdiyi ekosistemdir. Bu ekosistem klaster daxilində əməkdaşlıq nəticəsində xərclərin optimallaşdırılmasına və istehsalın səmərəliliyinin artmasına səbəb olur. Eyni zamanda KOB klaster modeli müəssisələrarası sinerjini, resursların birgə istifadəsini və innovasiyaların mübadiləsini gücləndirərək ümumi məhsuldarlığı artırır və sözügedən müəssisələrin rəqabət qabiliyyətinin inkişafını təmin edir.

Klasterləşmə ilə bağlı ölkəmizdə hansı dövlət dəstəyi və güzəştlər var? 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən azad olunur. Eyni zamanda təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad edilir. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.

Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB klasterinin funksional xəritəsinin və maliyyə-iqtisadi əsaslandırılmasının hazırlanmasına, KOB klasterinin iştirakçısının tapılmasına müvafiq dəstək göstərilir. 

Powered by Froala Editor