Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
"KOB Könüllüləri" Proqramı

"KOB könüllüləri" Proqramı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində “KOB könüllüləri” fəaliyyətinin tənzimlənməsinə dair Qaydalara, Agentliyin nizamnaməsinə, “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa və digər əlaqəli normativ hüquqi aktlara müvafiq olaraq hazırlanıb.

 

“KOB könüllüləri” Proqramının missiyası və məqsədi

 

“KOB könüllüləri” Proqramının missiyası ölkəmizdə könüllü fəaliyyətinin təkmilləşdirilməsindən və könüllülərin praktiki bilik və bacarıqlarının gücləndirilməsindən ibarətdir.

 

Proqramın məqsədləri aşağıdakılardır: 

 

  • könüllülərin gələcək professional fəaliyyətində uğur qazanmaları üçün praktiki biliklərlə təmin edilməsi; 
  • könüllülərin maariflənməsi, intellektual və mənəvi inkişafı, cəmiyyətdə fəal iştirakının düzgün istiqamətləndirilməsi; 
  • istedadlı könüllülərin aşkarlanması və dəstəklənməsi; 
  • könüllülərin şəxsi inkişafı üçün şəraitin yaradılması.

 

“KOB könüllüləri” Proqramına necə qoşulmaq olar?

 

“KOB könüllüləri” Proqramına qoşulmaq istəyən namizəd Agentliyin www.smb.gov.az rəsmi internet səhifəsində "KOB könüllüsü ol” bölməsində qeydiyyatdan keçməlidir. "KOB könüllüsü ol" bölməsinə daxil olan bütün müraciətlər dəyərləndirilir və könüllülərə dair seçim meyarlarına uyğun namizədlər Agentliyin könüllü ehtiyacı nəzərə alınmaqla könüllü fəaliyyəti üçün dəvət olunur. 

  

“KOB könüllüləri” Proqramı üzrə seçim meyarları:

 

- Uyğun istiqamətdə ixtisas (biznes və menecment ixtisaslarına üstünlük verilir);

- Komandada işləmək bacarığı;

- Ünsiyyətcil və təşəbbüskar olması;

- İdeyalarını açıq şəkildə ifadə etmək bacarığı;

- Microsoft office proqramlarını bilmək;

- Dil biliklərinin olması (rus, ingilis və s.).

 

Proqram KOB Master 1 və KOB Master 2 olmaqla iki pillədən ibarətdir. KOB Master 2 mərhələsinə müraciət etmək üçün KOB Master 1 pilləsindən 1-ci dərəcəli sertifikatla məzun olmaq tələb olunur.

 

Proqramda iştirak hər pillə üçün 3 ay nəzərdə tutulur. Könüllü fəaliyyətində iştirak edən şəxslər müvafiq olaraq Agentliyin struktur bölmələrində (Aparat, KOB dostu ofisləri, KOB evləri və s.) könüllü fəaliyyətinə cəlb olunur.

 

"KOB könüllüləri" Proqramında iştirak edəcək hər bir könüllüyə vəzifə təlimatı, daxili-intizam qaydalarına dair müvafiq sənəd təqdim edilir.

 

Proqramı başa vurmuş iştirakçıların fəaliyyəti qiymətləndirilir və fəaliyyəti məqbul sayılan iştirakçılar müvafiq olaraq KOB Master 1 və KOB Master 2 sertifikatı ilə təltif olunurlar.

 

Powered by Froala Editor