Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Startap rəhbəri: Gələcək fərdiləşdirmə üzərində qurulacaq - MÜSAHİBƏ 27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar
Könüllü Şurası

Könüllü Şurası könüllü qrup rəhbərlərindən, Agentlikdə və yaxud da Agentlik xətti ilə müxtəlif məkanlarda üç ay müddətində çalışmış, sertifikat və xasiyyətnamə ilə təltif olunmuş fəal və seçilmiş könüllülərdən və Agentliyin müvafiq şöbəsinin könüllülərə məsul olan şəxslərindən ibarət qrupdur. 


Daxil olan müraciətlərə baxılması və könüllülərin seçilməsi Könüllü Şurası tərəfindən həyata keçirilir.


Könüllü Şurasının sədri Agentliyin İdarə Heyətinin sədridir.

Könüllü Şurasının katibi könüllü fəaliyyətinin təşkilatçısı hesab edilir.

Könüllü Şurasının üzvləri könüllü fəaliyyətinin təşkilatçıları, əlaqələndirici şəxs, könüllü qrup rəhbəri və seçilmiş könüllülərdir.

İdarə Heyətinin sədrinin göstərişi ilə ən azı ayda bir dəfə Könüllü Şurasının görüşü təşkil olunur.


Könüllü Şurasının səlahiyyətləri aşağıdakılardır:

- könüllülərin fəaliyyətinə təsir göstərəcək qərarları birgə qəbul etmək;

- könüllülərlə fəaliyyətin təşkili qaydalarına əlavə və dəyişikliklər edilməsinə dair müzakirələr aparmaq;

- könüllülərin qiymətləndirilməsi nəticələrini müzakirə etmək.


Könüllü Şurasının vəzifələri:

- könüllüləri dəstəkləyici və təhlükəsiz iş mühiti ilə təmin etmək;

- könüllü fəaliyyətinin təşkilində lazımi dəstək göstərmək;

- könüllülərin töhfələrinə görə onları mükafatlandırmaq.

 

5 dekabr 2018-ci il tarixində şuranın ilk iclası keçirilib - http://smb.gov.az/news/kicik-v-orta-biznesin-nkiaf...

Powered by Froala Editor