Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
WUF13 çərçivəsində KOBİA panel müzakirə təşkil edəcək Regionlarda sahibkarlarla sahəvi görüşlər davam edir WUF13: Sahibkarlar və startaplar üçün yeni imkanlar Ümummilli Liderə həsr edilmiş intellektual oyun keçirilib Mikro, kiçik və orta sahibkarlar üçün audit məcburidir? KOBİA-da sahibkarların növbəti qəbulu keçirilib Sahibkarlığın hansı hüquqi formaları mövcuddur? Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Sahibkarların maarifləndirilməsi tədbirləri davam etdirilir 28.09.23
Sahibkarların maarifləndirilməsi tədbirləri davam etdirilir

Qaxda sahibkarlar dövlətin güzəştli kreditləri, Şəmkirdə isə bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları barədə məlumatlandırılıb. 

Qaxda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarına dair görüş keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin regional bölməsinin, KOBİA-nın, Sahibkarlığın İnkişafı Fondunun, Qax Rayon İcra Hakimiyyətinin və bankların nümayəndələri, 40-a yaxın sahibkar iştirak edib.

Tədbirdə dövlətin güzəştli kreditləri və onun yönəldildiyi prioritet istiqamətlər, eləcə də KOBİA-nın biznes planın hazırlanması və güzəştli kreditlər barədə sahibkarların məlumatlandırılması işinə dəstəyi barədə məlumat verilib, sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanları müzakirə edilib. Görüş çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.

Şəmkir rayonunda isə KOBİA-nın iştirakı, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə bitki mühafizə vasitələrindən və aqrokimyəvi maddələrdən düzgün istifadə qaydaları ilə bağlı maarifləndirici görüş keçirilib. Tədbirdə bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar və aqronomlar iştirak ediblər. İştirakçılara kimyəvi mübarizə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, yüksək toksiki-ekoloji təhlükəli preparatlardan istifadə qaydaları, istifadə müddəti bitmiş, istifadəyə yararsız bitki mühafizə vasitələri və gübrələrə dair tələblər və onların məhvedilməsi qaydaları, eləcə də ilkin istehsal sahələrində “Bitki sağlamlığının izlənilməsi” və “Bitki mühafizə vasitələrinin, pestisidlərin və gübrələrin anbar sahəsinə mədaxil və məxaricinin uçotu”nun aparılması qaydaları izah edilib. Həmçinin tədbir çərçivəsində sahibkarların sualları cavablandırılıb, pestisidlərin tətbiqi zamanı ətraf mühitin çirklənməsinin və zəhərlənmə hallarının qarşısının alınması üçün zəruri məlumatlar çatdırılıb, çap materialları paylanıb.

Powered by Froala Editor