Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-da görüş keçirilib Azərbaycan startapçısının layihəsi xarici bazarda böyük maraq doğurub “Azad rəqabət mühitinin formalaşdırılmasında və istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsində Heydər Əliyevin rolu” mövzusunda forum keçirilib Sahibkarların maarifləndirilməsi tədbirləri davam etdirilir Bakıda 2-ci Türk Dövlətləri Aqro Biznes Forumu keçirilib KOB klasteri yaratmaq istəyən kommersiya hüquqi şəxsləri müvafiq şəhadətnaməni almaq üçün KOBİA-ya müraciət edə bilərlər KOBİA nümayəndələri Avstraliyada sahibkarlıqla məşğul olan Azərbaycan və Türkiyə iş adamları ilə görüşüb KOBİA nümayəndələri Avstraliyada sahibkarlıqla məşğul olan həmyerlimizlə görüşüb Daha iki marketdə mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların satışı təşkil olunub Qlobal Sahibkarlar Konqresi çərçivəsində KOBİA bir sıra görüşlər keçirib, sənəd imzalayıb
Rəqəmsal sahibkarlığın perspektivləri müzakirə edilib 28.04.22
Rəqəmsal sahibkarlığın perspektivləri müzakirə edilib

Aprelin 28-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə növbəti ictimai müzakirə təşkil olunub. 

Dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin, 70-ə yaxın iş adamının iştirakı ilə keçirilmiş budəfəki ictimai müzakirə “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusuna həsr olunub. 

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş ictimai müzakirədə ölkəmizdə həyata keçirilən rəqəmsallaşdırma siyasəti, əlverişli biznes mühitinin formalaşdırılmasında rəqəmsallaşdırmanın rolu, rəqəmsal sahibkarlığın inkişaf etdirilməsi, bu sahədə KOB subyektlərinə dəstək məsələləri müzakirə olunub. 

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin məqsədi barədə məlumat verərək, sahibkarlıq fəaliyyətində rəqəmsallaşmanın və innovativ həllərin yeni bizneslərin formalaşmasında önəmini qeyd edib, ictimai müzakirənin bu sahədə sahibkarların ehtiyaclarının, qarşılaşdıqları çətinliklərin öyrənilməsi məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında ölkədə rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsini şərtləndirən proseslər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, transformasiya üçün zəruri olan müasir İKT infrastrukturunun təmin edilməsi və transformasiya prosesini apara biləcək ixtisaslı insan resurslarının mövcudluğudur. Nazir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qlobal pandemiyanın dünya iqtisadiyyatına mənfi təsiri ilə yanaşı, onlayn fəaliyyəti və rəqəmsal sahibkarlığı stimullaşdırdığını, yeni bilik və bacarıqların inkişafına, rəqəmsallaşmanın sürətlənməsinə, yeni biznes proseslərin yaranması və inkişafına təkan verdiyini vurğulayıb. Qeyd edilib ki, aparılmış hesablamalar bəzi sahələr üzrə rəqəmsallaşmanın 10 dəfəyə qədər sürətləndiyini göstərir. Son illər Azərbaycanda inkişaf etmiş ölkələrin təcrübəsinə uyğun olaraq, rəqəmsal sahibkarlığı inkişaf etdirmək üçün xüsusi islahatlar aparılır, stimullaşdırıcı mexanizmlər tətbiq olunur. KOBİA-nın sahibkarlığın rəqəmsallaşdırılması, biznes fəaliyyətində innovasiyaları təşviq edən dəstək və xidmətləri barədə məlumat verən Agentlik sədri bu sahədə gələcək palanları da diqqətə çatdırıb. Bildirilib ki, hazırda sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və elektronlaşdırılması məqsədilə “e-KOB evi” portalı yaradılmaqdadır. Yaxın vaxtlarda istifadəyə veriləcək Bakı KOB evində startaplar üçün “Equipment sharing” modeli əsasında mərkəz yaradılacaq. Burada müxtəlif texnoloji avadanlıqlar, serverlər və şəbəkə sistemləri startapların ortaq istifadəsinə veriləcək. Yaradılması nəzərdə tutulan model müəssisə startaplara və KOB-lara ən səmərəli istehsal proseslərini sınaqdan keçirmək imkanı verəcək.

Tədbirdə biznesin rəqəmsallaşdırması istiqamətində sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor