Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb 07.05.21
Məlumatlandırıcı vebinarda KOB-ların və startapların sualları cavablandırılıb

Mayın 7-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Startap üçün yeni imkanlar” mövzusunda vebinar keçirilib.


Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin və startapların iştirakı ilə təşkil olunmuş onlayn tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov, Agentliyin əməkdaşı Hümbət Abdullayev startaplar üçün mövcud dəstək mexanizmləri, o cümlədən “Startap” şəhadətnaməsi, onun üstünlükləri, şəhadətnamə üçün müraciət qaydası və lazım olan sənədlər barədə məlumat verib. Qeyd olunub ki, KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsi üçün KOB subyektlərindən müraciətlərin qəbulu davam edir. “Startap” şəhadətnaməsini almaq istəyən KOB subyektləri Agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər. “Startap” şəhadətnaməsi KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.


Tədbir çərçivəsində həmçinin, startaplar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və KOBİA tərəfindən təqdim edilən digər dəstək mexanizmləri, o cümlədən bu yaxınlarda nəticələri elan edilmiş ilk təhsil, elm, tədqiqat və dəstək layihələri müsabiqəsi və növbəti müsabiqəyə dair məlumatlandırılıb. 


Onlayn tədbir çərçivəsində KOB subyektlərini və startapları maraqlandıran suallar da cavablandırılıb. 

Powered by Froala Editor