Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA Qusarda sahibkarlarla görüşüb 24.07.25
KOBİA Qusarda sahibkarlarla görüşüb

Sahibkarlarla görüşdə kənd təsərrüfatı texnikasının təmiri məntəqələrinin yaradılması, subsidiyalar, torpağın təyinatının dəyişdirilməsi, ixrac, tədarük məntəqələri və satış, kommunal xidmətlərə qoşulma, lizinq və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Qusar rayonunda sahibkarlarla görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kənd təsərrüfatı, sənaye, turizm, pərakəndə satış, ictimai iaşə sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib. 

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, millət vəkili Azər Badamov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyətinin inkişafı üçün dövlət dəstəyi, bu dəstək alətlərindən istifadə etməklə rayonun biznes potensialının reallaşdırılması, eləcə də rayonda sahibkarlıq fəaliyyəti üçün imkanlar barədə fikirlərini bölüşüblər.

Qeyd olunub ki, Qusar rayonunun iqtisadiyyatı əsasən bağçılıq və turizm sahələrinə əsaslanır. İntensiv bağçılıq üzrə əlavə dəyər yaratmaq üçün məhsulların yerində emalı həm gəliri artıra, həm də yeni iş yerləri yarada bilər. Rayonun təbiəti və mövcud infrastrukturu turizm üçün geniş imkanlar yaradır. Bu baxımdan Qusarın turizm potensialından maksimum istifadə etmək və bu sahədə innovativ xidmətlər təklif etmək vacibdir. Sahibkarların birgə fəaliyyətə üstünlük verməklə resurslarını birləşdirməsi və təcrübə mübadiləsi aparması yerli sahibkarlığın inkişafını sürətləndirə bilər. Biznes fəaliyyəti ilə bağlı rəqəmsal alətlərdən istifadəyə və bazar araşdırmalarına əsaslanan layihələrə üstünlük verilməsi faydalı olar. Diqqətə çatdırılıb ki, biznesə başlamaq və inkişaf etdirmək üçün dövlətin dəstək alətləri, bu sahədə yeniliklər, rayonun biznes və investisiya potensialı barədə ətraflı məlumat üçün sahibkarlar KOB dostu ofislərinə müraciət edə bilərlər. 

Tədbir çərçivəsində sahibkarlarla kənd təsərrüfatı texnikasının təmiri məntəqələrinin yaradılması, subsidiyalar, torpağın təyinatının dəyişdirilməsi, ixrac, tədarük məntəqələri və satış, kommunal xidmətlərə qoşulma, lizinq və s. məsələlərlə bağlı müzakirələr aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb.

Həmçinin, KOBİA nümayəndələri Qusar rayonunda fəaliyyət göstərən “Monolit tikinti” MMC-nin PVC qapı-pəncərə və metal konstruksiyaların istehsalı sexlərində və satış yerində olub, sahibkarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar. Qeyd edək ki, müəssisə müxtəlif vaxtlarda KOBİA-nın hüquqi yardım, xarici və yerli sahibkarlarla əlaqələndirmə və təlim xidmətlərindən istifadə edib. 

Powered by Froala Editor