Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-nın iştirakı ilə Milli Kulinariya Konqresi keçirilib 24.10.22
KOBİA-nın iştirakı ilə Milli Kulinariya Konqresi keçirilib

Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası və Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə Milli Kulinariya Konqresi keçirilib. 


Tədbirdə dövlət qurumlarının, kulinariya, ictimai iaşə və qida sənayesi sahələrində çalışan təşkilat və şirkətlərin nümayəndələri iştirak ediblər.


Konqresdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov kənd təsərrüfatı və qida sənayesinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardan olduğunu qeyd edib. Bildirilib ki, kulinariya sahəsinin inkişafı turizm və ictimai iaşə istiqamətində yeni sahibkarlıq subyektlərinin yaranmasına və bu sahələrin sürətli inkişafına da təkan verir. Agentlik bu sahələrdə fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində dəstəkləyir. KOBİA tərəfindən müxtəlif yerli və beynəlxalq sərgi və festivallarda KOB-lar üçün xüsusi stendlər təşkil olunur, onlar üçün məhsullarını tam ödənişsiz nümayiş etdirmək imkanı yaradılır. Bundan başqa, daxili bazar araşdırması dəstək mexanizmindən restoran və kafe biznesində də istifadə oluna bilər. KOBİA sədri belə tədbirlərin müvafiq sahədə fəaliyyət göstərən yerli bizneslər, xüsusilə də mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də ictimai iaşə işçiləri arasında yeni əməkdaşlığın inkişafında əhəmiyyətini qeyd edib. 

Powered by Froala Editor