Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək davam edir 29.08.23
KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək davam edir

2023-cü ilin birinci yarısında 50-yə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti ticarət şəbəkələrinə çıxışa və sərgilərdə iştiraka dəstək mexanizmlərindən yararlanıb.  

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən KOB-ların satış imkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2023-cü ilin yanvar-iyun aylarında 50-yə yaxın mikro, kiçik və orta sahibkarlıq subyekti yararlanıb. 

 

Sərgilərdə iştiraka dəstəkdən istifadə etmək üçün bu dövrdə KOB subyektlərindən Agentliyə 121 müraciət daxil olub. Onlardan müvafiq tələblərə cavab verən 38 KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 4 sərgidə (3-ü ölkədə, 1-i xaricdə olmaqla) ödənişsiz iştirakı təmin edilib. Ölkəmizdə və xaricdə KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə keçirilən ixtisaslaşmış sərgi və yarmarkalarda iştirak edərək məhsul və xidmətlərini tanıtmaq və satış imkanlarını genişləndirmək istəyən KOB subyektləri müvafiq müraciət formasını doldurmaqla elektron qaydada KOBİA-ya müraciət edə bilərlər. Ətraflı: https://bit.ly/3KA0f1N 

 

Cari ilin yanvar-iyun aylarında ticarət şəbəkələrinə çıxışa dövlət dəstəyi mexanizmindən yararlanmaq üçün Agentliyə KOB subyektlərindən 38 müraciət daxil olub ki, onlardan müvafiq qaydalara uyğun olan 6 KOB-a dəstək göstərilib. Bu dövrdə ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi üzrə satış yerlərinin sayı artırılaraq 6-ya çatdırılıb. Mikro və kiçik sahibkarlıq subyektləri güzəştli şərtlərlə məhsullarının "Bravo" hipermarket, "Bolmart" supermarket, "Bizim market", "Şərq bazarı" Ticarət Mərkəzi və digər ticarət şəbəkələrində satışının təşkil olunması üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://bit.ly/3OOjF5F 

Powered by Froala Editor