Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOB-ların biznes sahəsində bilik və bacarıqlarının artırılması qabaqcıl metodlarla dəstəklənir 11.09.24
KOB-ların biznes sahəsində bilik və bacarıqlarının artırılması qabaqcıl metodlarla dəstəklənir

KOB Model Müəssisənin imkanlarından faydalanmış sahibkarlar istehsal prosesində uğurlu nəticələr əldə ediblər.

KOB-ların biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində görülən tədbirlərin davamı olaraq, cari ilin mart ayından etibarən Azərbaycan Texniki Universitetində fəaliyyət göstərən KOB Model Müəssisəsinin imkanlarından artıq 61 sahibkarlıq subyekti faydalanıb. Onlar model müəssisədə keçirilən təlimlərdə öyrəndikləri bilikləri və metodları istehsal prosesində tətbiq edərək uğurlu nəticələr, o cümlədən istehsalatda məhsuldarlığın artmasına nail olub, vaxt və xərclərə qənaət edə biliblər. Belə ki, KOB Model Müəssisəsində keçirilən təlimlərdə iştirak etmiş “Caspian Textile” MMC, “GillMed” MMC, “GrandTek” MMC, “Absheron-Saffron” MMC-də və s. şirkətlərdə istehsal prosesinin müxtəlif mərhələləri üzrə vaxt itkisi faizinin azaldılmasına, istehsal və istehsaldan sonrakı mərhələlər üzrə israfın qarşısının alınmasına nail olunub.  

KOB Model Müəssisəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən yaradılıb. Model müəssisənin təlim imkanlarından faydalanan KOB subyektlərinin mühəndisləri və texniki heyəti təlim və təcrübə əsnasında öyrəndiklərini öz şirkətlərində tətbiq etməklə məhsuldarlığın artırılması, vaxta və xərclərə qənaət etmək və s. bacarıqlarını artırırlar. Burada ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür. KOB Model Müəssisənin təlimçiləri tərəfindən “Kaizen”, “Six Sigma”, “5S”, “ΚΡΙ-ΚΑΙ” və s. kimi strategiya və modellərə dair mövzular tədris olunur və tətbiqi sınaqdan keçirilir.

Model müəssisənin xidmətlərindən sənaye istehsalı ilə məşğul olan biznes subyektləri istifadə edə bilərlər. Bunun üçün sahibkarlar KOBİA-ya, eləcə də model müəssisənin sosial media hesabları vasitəsilə müraciət edə bilərlər. Agentliyə daxil olan müraciətlər müvafiq bazaya əlavə edilir və tələblərə cavab verən sahibkarlar təlim proqramına uyğun olaraq, mərhələli şəkildə təlimlərə cəlb olunurlar. KOB Model Müəssisəsi tərəfindən keçirilən təlimlərdə sahibkarlarla yanaşı, aidiyyəti ixtisaslar üzrə təhsil alan tələbələr və bu fənləri tədris edən müəllimlər də iştirak edə bilərlər. KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən bütün xidmətlər ödənişsizdir.

Qeyd edək ki, KOB subyektləri və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər Model Müəssisə ilə yanaşı, KOBİA-nın ödənişsiz təlimlərindən, məsləhət xidmətindən, biznes planın hazırlanması və beynəlxalq ixtisasartırma kursunda iştiraka dəstəyindən faydalana bilərlər. 

Powered by Froala Editor