Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOB-lar üçün onlayn satış imkanlarının genişləndirilməsinə dair tədbir keçirilib 13.05.20
KOB-lar üçün onlayn satış imkanlarının genişləndirilməsinə dair tədbir keçirilib

Koronavirus (COVID-19) pandemiyası səbəbindən bütün dünyada, eləcə də Azərbaycanda müxtəlif sektorlarda rəqəmsal texnologiyalardan, o cümlədən onlayn satışdan istifadə genişlənib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlarla apardığı müzakirələr və keçirdiyi sorğular göstərir ki, müəyyən xərc tələb etməsi, ölkəmizdə onlayn satışa tələbatın az olması və s. səbəblərlə bağlı mikro və kiçik sahibkarlar rəqəmsal platformaların imkanlarından az istifadə edirlər.

Pandemiya dövründə elektron ticarətə (E-commerce) artan tələb, KOB-ların onlayn satış sahəsində proqram təminatı barədə məlumatlandırmaya olan ehtiyacı nəzərə alınaraq KOBİA tərəfindən onlayn tədbir keçirilib.

Onlayn tədbirdə KOB-ların bilik və innovasiyalara çıxışının təmin edilməsinin KOBİA-nın fəaliyyət istiqamətlərindən olduğu, pandemiya dövründə Agentliyin xidmət sektorunda onlayn satış platformalarının yaradılması üçün bir sıra KOB-lara dəstək göstərdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, postpandemiya dövründə də rəqəmsal iqtisadiyyatın inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib və bu sahənin dövlət tərəfindən dəstəklənməsi və özəl investisiyaların cəlb olunması nəzərdə tutulur.

"Zoom" proqramı vasitəsilə təşkil olunan və KOBİA-nın “Facebook” səhifəsi vasitəsilə birbaşa yayımlanan onlayn tədbirdə “Logix” şirkətinin rəhbəri Sakit Səmədov elektron ticarətin əhəmiyyəti, daha az xərclə elektron satış platformasının yaradılması və bu sahədə yerli şirkətlər tərəfindən təklif olunan proqram təminatı barədə KOB-ları məlumatlandırıb, onları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor