Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır 28.07.26
KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır

KOB klaster şirkətlərinin iştirakçısı olmaqla sahibkarlar vergi güzəştləri, yeni əməkdaşlıqlar və bazarlara çıxış kimi imkanlar əldə edə bilərlər.

“KOB klaster şəhadətnaməsi” almış "Frutena", "Naturaoil" və "Healthtech Solutions" KOB klaster şirkətləri artıq müxtəlif sahələrdə fəaliyyət göstərən 20-dən çox mikro, kiçik və orta sahibkarlıq subyektini ətrafında birləşdirib.

KOB klaster şirkətlərinə yeni iştirakçıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Alma və nar məhsullarının, plastmaslar və onlardan hazırlanan xammal məmulatlarının, müxtəlif növ qablaşdırma məhsullarının istehsalı və keyfiyyətə nəzarət laborotoriya xidmətləri sahəsində fəaliyyət göstərən ixtisaslaşmış KOB subyektləri KOB klasterinin iştirakçısı olmaq üçün müvafiq KOB klaster şirkətinə, həmçinin əlaqələndirmə dəstəyi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. Müraciətlər KOBİA-nın info@smb.gov.az elektron poçt ünvanı və ya rəsmi internet səhifəsi (https://smb.gov.az/az/contact-form/aze-citizen) vasitəsilə qəbul edilir.

Hüquqi və fərdi sahibkar olan KOB subyektləri KOB klasterin iştirakçısı olmaqla aşağıdakı üstünlüklərdən yararlana bilərlər: 

KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim edilən mallardan əldə olunan mənfəət və ya gəlirin biznesin inkişafına yönəldilərək kapital xarakterli xərclərə sərf edilən hissəsi üzrə 7 il müddətinə mənfəət (gəlir) vergisindən azad olma;

KOB klaster şirkətinin istehsal və təchizat zəncirinə qoşulmaqla uzunmüddətli əməkdaşlıq əlaqələri qurmaq;

məhsul və xidmətlər üçün yeni bazar imkanlarını genişləndirmək;

rəqabət qabiliyyətini artırmaq;

istehsal və xidmət keyfiyyətini yüksəltmək;

satış və istehsal həcmini artırmaq üçün yeni imkanlar qazanmaq.

Powered by Froala Editor