Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” layihəsinin icrası davam edir 25.02.22
“Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” layihəsinin icrası davam edir

Avropa İttifaqının Avropa Qonşuluq Aləti çərçivəsində maliyyələşdirilən, İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) benefisiarı olduğu “Ənənəvi qida məhsullarının təkmilləşdirilmiş təşviqi və marketinqi” texniki yardım layihəsinin icrası davam edir. 

Layihənin məqsədi ənənəvi kənd təsərrüfatı və qida məhsullarının satışını artırmaqla kənd yerlərində iqtisadi inkişafa töhfə verəcək məlumatlı, bazaryönümlü və rəqabətqabiliyyətli kiçik və orta aqrobiznes sektorunun inkişafının dəstəklənməsidir.

Layihə çərçivəsində İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Qida Təhlükəsizlik Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, İnnovasiyalar Agentliyinin, Standartlaşdırma İnstitutunun və layihənin ekspertlərinin iştirakı ilə növbəti tədbir keçirilib. Tədbirdə KOBİA-nın nümayəndəsi “Ənənəvi qida məhsullarının keyfiyyət sxemləri və sertifikatlaşdırma ilə bağlı sahibkarların problemləri, məhdudiyyətlər və mövcud vəziyyət” mövzusunda təqdimatla çıxış edib.


Powered by Froala Editor