Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
“DOST Müfəttiş” layihəsi çərçivəsində KOB subyektləri ilə görüş keçirilib 18.07.25
“DOST Müfəttiş” layihəsi çərçivəsində KOB subyektləri ilə görüş keçirilib

Layihə sahibkarları əmək qanunvericiliyi, əməyin mühafizəsi və insan resurslarının idarə olunması sahəsində maarifləndirir. 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsi çərçivəsində KOB subyektləri ilə görüş keçirilib.

Tədbir kiçik və orta sahibkarlıq subyektlərini əmək qanunvericiliyi, əməyin mühafizəsi və insan resurslarının idarə olunması sahəsində maarifləndirmək, onların qarşılaşdığı praktiki çətinlikləri dinləmək və bu istiqamətdə dəstək göstərmək məqsədilə təşkil olunub. 

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov Agentlik tərəfindən sahibkarların hüquqi savadlılığının artırılması və sosial məsuliyyətlərinin gücləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını, “DOST Müfəttiş” kimi layihələrin məhz belə məqsədlərə xidmət etdiyini, layihənin sahibkarların əmək qanunvericiliyi və əməyin mühafizəsi sahəsində məlumatlığının artırılmasında faydalı olacağını qeyd edib. 

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli layihə barədə məlumat verib. Bildirilib ki, layihə çərçivəsində dövlət və özəl sektora aid müəssisələrdə əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi zamanı “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqində qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün texniki və metodiki dəstək göstərilib. İnsan resurslarının idarə olunması sahəsində vəziyyət qiymətləndirilib, müəssisələrə fərdi yanaşma əsasında təlim və konsultasiyalar təqdim olunub. KOBİA ilə əməkdaşlığın əhəmiyyətinə toxunan E.Səfərli qeyd edib ki, kiçik və orta sahibkarlar əmək bazarının çevikliyini təmin edən əsas qüvvədir və layihəyə yeni qoşulacaq müəssisələrə də bu istiqamətdə dəstək göstəriləcək.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Azər Rəhimov əmək münasibətlərinin tənzimlənməsi və işçilərin hüquqlarının qorunmasının xidmətin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. O, layihənin xidmətlə işəgötürənlər arasında səmərəli kommunikasiya vasitəsi olmasından, əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasında preventiv və metodiki əhəmiyyətindən bəhs edərək işəgötürənlərdə özünüqiymətləndirmə ənənəsinin formalaşmasına müsbət təsirlərindən danışıb.

Sonda sahibkarların layihədə iştirak etməsi üçün təqdimat edilib, əmək qanunvericiliyinə dair suallar cavablandırılıb.

Powered by Froala Editor