Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Cenevrədə Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günü ilə bağlı tədbir keçirilib 27.06.24
Cenevrədə Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günü ilə bağlı tədbir keçirilib

Tədbirdə KOBİA tərəfindən Azərbaycanda KOB-lara göstərilən dəstək tədbirləri və hədəflər barədə məlumat verilib.

 

Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində yerləşən BMT-nin ofisində 27 iyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Gününə həsr olunmuş tədbir keçirilib. 


Beynəlxalq təşkilatların, müxtəlif ölkələrdən rəsmi şəxslərin və ekspertlərin iştirakı ilə keçirilən tədbirdə KOB-ların davamlı iqtisadi inkişafa, məşğulluğa və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına töhfəsi, KOB-ların potensialı və qarşılaşdıqları çətinliklər haqqında məlumat verilib, onların inkişaf ehtiyacları, müvafiq sektorda yeniliklər müzakirə edilib.  


Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun videomüraciəti də yayımlanıb. Videomüraciətdə KOBİA sədri Azərbaycanda KOB-lara göstərilən dəstək, bu sahədə Agentliyin fəaliyyəti, o cümlədən KOB-ların bilik və bacarıqlara, bazarlara və maliyyəyə çıxışı istiqamətində dəstək alətləri barədə məlumat verib. 


Tədbirdə KOBİA-nı Agentliyin səlahiyyətli nümayəndələri təmsil ediblər. 

Powered by Froala Editor