Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Bakıda Azərbaycan Halal Biznes və Turizm Forumu keçirilir Azərbaycan Ticarət Forumu keçirilib “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Naxçıvanda Ukrayna-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilib Azərbaycan Halal Biznes və Turizm Forumu keçiriləcək Azərbaycanda kiçik və orta bizneslərin rəqəmsallaşması proqramı fəaliyyətə başlayıb Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən KOB-ların nəzərinə! Qanvermə aksiyası keçirilib KOBİA nümayəndələri ABŞ-də səfərdə olublar
Təhsil sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib 21.06.19
Təhsil sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən kiçik və orta biznes (KOB) subyektlərinin, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda müzakirələr təşkil edilir.

Növbəti belə forum “Təhsil biznesi sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr olunub. Tədbirdə təhsil sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri, eləcə də Təhsil, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Milli Elmlər Akademiyasının və müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri, millət vəkilləri, KOBİA yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Forumda təhsil sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə ictimai şuraların və vətəndaş cəmiyyəti institutlarının rolu, dövlət-özəl əməkdaşlığı müzakirə edilib.

Tədbirdə təhsilin insan kapitalının inkişafında mühüm rol oynadığı vurğulanıb, ixtisaslı mütəxəssislərin hazırlanması üçün təhsilin bütün mərhələlərində keyfiyyətin davamlı olaraq yüksəldilməsinə, peşə təhsili sisteminin KOB-ların ehtiyaclarına uyğun qurulmasına, KOB subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsinə, təhsildə dövlət-özəl tərəfdaşlığına dair müzakirələr aparılıb, təhsil sektoruna investisiya qoyuluşu, təhsil müəssisələrində innovativ strukturların yaradılması və digər təkliflər səsləndirilib.

Forumda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının Agentliyin əsas fəaliyyət istiqamətlərindən olduğunu bildirib. KOBİA-nın fəaliyyətinin bir sıra istiqamətlərdə elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslandığını qeyd edən Orxan Məmmədov təhsil sahəsində əməkdaşlığa dair təkliflər səsləndirib. Qeyd olunub ki, Agentlik KOB subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlərin hazırlanmasında təhsil sektorunda fəaliyyət göstərən KOB-ların potensialından da faydalanmaqda maraqlıdır. Hazırda yaradılması istiqamətində tədbirlər görülən və Agentliyin strukturuna daxil olan kiçik və orta biznesin inkişafı mərkəzlərini (KOB İnkişaf Mərkəzi) özəl təhsil müəssisələrinin iştirakı ilə formalaşdırmaq mümkündür və bu istiqamətdə Agentlik təkliflərə açıqdır. Sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif mövzular üzrə təlimlərin təşkil edilməsi Agentliyin vəzifələri sırasındadır və bu sahədə təhsil biznesi sektorunda çalışan müəssisələrlə əməkdaşlıq oluna bilər. Hazırda Agentlik tərəfindən "KOB kadr bankı”nın yaradılması istiqamətində işlərə başlanıb və inanırıq ki, bu sistem təhsil müəssisələri üçün faydalı platforma olacaqdır. Agentlik dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası" çərçivəsində də təhsil sektorunda fəaliyyət göstərən özəl qurumlarla əməkdaşlıq edə bilər.

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsilin inkişafı, bu sahədə görülən işlər, özəl təhsil müəssisələrinin fəaliyyəti barədə danışıb, ölkə qanunvericiliyinin təhsilin istənilən pilləsində özəl təhsil müəssisələrinin yaradılmasına və bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan verdiyini qeyd edib.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların fəaliyyət göstərdiyi müxtəlif sahələrdə belə formatda tədbirlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov təhsil sahəsində fəaliyyət göstərən sahibkarlarla daha sıx və səmərəli əməkdaşlıq üçün forumun əhəmiyyətli platforma olduğunu vurğulayıb, tədbirdə Agentlik yanında İctimai Şura üzvləri və qeyri-hökumət təşkilatları tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.

Powered by Froala Editor