Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Rüfət Atakişiyevİdarə Heyətinin sədr müavini
R

Atakişiyev Rüfət Tofiq oğlu 1985-ci ildə anadan olub.

2001-2007-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bakalavr və magistr, 2010-2013-cü illərdə isə Hüquq fakültəsini bakalavr üzrə bitirib.

Siyasi elmlər üzrə fəlsəfə doktorudur.

2006-2011-ci illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sədrin köməkçisi, 2012-2018-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin Xarici investisiyalar sektorunun müdiri, 2018-2020-ci illərdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.  

Bir sıra xarici ölkələrdə təşkil edilmiş təlim, seminar və kurslarda, eləcə də Azərbaycanda keçirilmiş müxtəlif beynəlxalq tədbirlərin təşkilati işlərində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ildə “Tərəqqimedalı” ilə təltif olunub.

6 fevral 2020-ci il tarixdən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.

İngilis və rus dillərini bilir.

Ailəlidir, iki övladı var.

Powered by Froala Editor

Telefon: (+994 12) 404-04-01

E-poçt: rufat.atakishiyev@smb.gov.az

Powered by Froala Editor