Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib
Orxan Məmmədovİdarə Heyətinin sədri
5286559F-E683-4E93-9D3E-82AD54EC3C6E

Orxan Vidadi oğlu Məmmədov 1 iyul 1984-cü ildə Bakı şəhərində anadan olub.

2005-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib.

2005-ci ildə Beynəlxalq biznes və maliyyə proqramı üzrə Böyük Britaniyanın Regent Universitetində təhsil alıb.

2009-cu ildə Odlar Yurdu Universitetində Biznes administrasiyası üzrə magistr təhsili alıb.

2012-ci il Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və Kredit üzrə ikinci təhsilini bitirib.

Əmək fəaliyyətinə 2006-cı ildə Sənaye və Energetika Nazirliyində başlayıb.

2007-ci ilin mart ayından 2018-ci ilin fevral ayınadək İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən, Sahibkarlığın inkişafı siyasəti şöbəsində baş məsləhətçi, şöbə müdirinin müavini, Xarici iqtisadi əlaqələr şöbəsində müdir müavini, Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.

İqtisadiyyat Nazirliyində işlədiyi dövr ərzində müxtəlif ölkələrlə birgə yaradılmış hökumətlərarası komissiyaların 100-ə yaxın iclaslarında və müxtəlif işçi qruplarında təmsil olunub, bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilində yaxından iştirak edib.

27 fevral 2018-ci il tarixdən Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

İngilis, rus və türk dillərində danışır.

Ailəlidir, üç övladı var.

Powered by Froala Editor

Telefon: (+994 12) 404-04-01 

E-poçt: info@smb.gov.az

"X" hesabı:https://twitter.com/MammadovOrkh

Powered by Froala Editor