Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Yevlax rayonunda sahibkarlarla görüş keçirilib 19.03.26
Yevlax rayonunda sahibkarlarla görüş keçirilib

Görüşdə rayonda sahibkarlığın inkişaf imkanları müzakirə olunub, biznes subyektlərinin təklifləri dinlənilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Yevlax şəhər İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təsərrüfatı, heyvandarlıq, taxılçılıq, pambıqçılıq və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlıq fəaliyyəti, mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki, Yevlax rayonu kənd təsərrüfatı ilə sənayenin paralel inkişaf etdiyi rayonlardandır. “Yevlax KOB evi” sahibkarlara dövlət və özəl qurumların xidmətlərinin vahid məkanda göstərilməsini təmin edir və biznes subyektlərinin dövlət xidmətlərinə çıxışını asanlaşdırır. Bu kimi amillər Yevlax rayonunu sahibkarlıq fəaliyyəti üçün əlverişli edir. Sahibkarlar rayonun coğrafi mövqeyi və nəqliyyat-logistika imkanlarından istifadə etməklə kənd təsərrüfatı məhsullarının toplanması, saxlanması, emalı və digər regionlara daşınması istiqamətində biznes təşəbbüslərini inkişaf etdirə, yerli məhsulların qablaşdırılması və bazarlara çıxarılması üçün kiçik emal və xidmət təşəbbüslərinə üstünlük verə bilərlər. Biznes təşəbbüslərinin reallaşdırılması zamanı dövlətin mövcud dəstək mexanizmlərindən fəal istifadə sahibkarlıq fəaliyyətinin genişlənməsinə əlavə stimul verə bilər.

Görüşdə sahibkarlarla fermer təsərrüfatı üçün maliyyə dəstəyi, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün soyuducu anbarlarla təminat, kommunal xidmətlər, pambıqçılıqla bağlı texnika ilə təminat, sahibkarlığa dəstək mexanizmlərinə çıxış və s. kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təklifləri dinlənilib və sualları cavablandırılıb. 

KOBİA nümayəndələri həmçinin, Yevlaxda gön-dəri emalı müəssisəsində olub, sahibkarlarla biznesin inkişafına, dövlət dəstəyi alətlərindən istifadəyə dair fikir mübadiləsi aparıblar.

Powered by Froala Editor