Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Yevlax rayonunda sahibkarlarla görüş keçirilib 23.10.25
Yevlax rayonunda sahibkarlarla görüş keçirilib

Görüşdə əcnəbilərin işə qəbulu və bu sahədə qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Dövlət Miqrasiya Xidmətinin təşəbbüsü ilə Yevlax rayonunda sahibkarlar üçün əcnəbilərin işə qəbulu və bu sahədə qanunvericiliyin tələblərinə dair görüş keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və 40-a yaxın sahibkar iştirak edib.

Görüşdə Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri və qanunvericiliyin tələbləri barədə məlumat verilib. Əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri olduğu yer üzrə qeydiyyata almaq, Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması, əcnəbilərə ölkəmizdə müvəqqəti və ya daimi yaşamaq üçün icazə vermək, onlara haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazələrinin təqdim olunması kimi qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb. 

Qeyd edək ki, sahibkarlar KOBİA-nın təşkilatçılığı ilə keçirilən sahəvi görüşlər barədə məlumatı Agentliyin saytından əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus).  

Powered by Froala Editor