Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Yaradıcı məhsulların satışı və tanıdılması üçün platforma yaradılıb 31.07.23
Yaradıcı məhsulların satışı və tanıdılması üçün platforma yaradılıb

Dövlətin qrant dəstəyi hesabına yaradılan www.artsale.az platforması yaradıcı sahələrdə biznesin inkişafını dəstəkləmək məqsədi daşıyır. 

Yaradıcı fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satışı üçün yeni onlayn platforma - www.artsale.az saytı yaradılıb. Platformanın yaradılmasında məqsəd ölkəmizdə yaradıcı sahələrdə biznesin inkişafını dəstəkləməkdir.  

Təsviri sənət, rəsm əsərləri, müxtəlif növ əl işləri, suvenir, aksesuar və digər məhsullar hazırlayan və bu işi biznesə çevirən yaradıcı insanlar www.artsale.az saytında öz şəxsi kabinetlərini, yəni “Art mağaza”larını yaradaraq istehsal etdikləri məhsulları satışa çıxara bilərlər. Platformada yaradıcı xidmətlər, o cümlədən dizayn, tədbir təşkilatçılığı, foto, video, poliqrafiya və s. xidmətlər haqqında da elan yerləşdirmək və onları potensial müştərilərə təqdim etmək mümkündür. “ARTSALE” platforması yaradıcılıqla fərdi qaydada məşğul olan sahibkarların şəbəkələşməsinə, qarşılıqlı ünsiyyətinə, məhsullarının ölkəmizlə yanaşı, xarici auditoriyaya tanıdılmasına da dəstək göstərir. İlkin mərhələdə platformaya məhsul və xidmətlərin yerləşdirilməsi ödənişsizdir.

Qeyd edək ki, “ARTSALE” layihəsinin maliyyələşdirilməsi üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB subyektinə qrant (18 200 manat) vəsaiti ayrılıb. 

Powered by Froala Editor