Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Startap rəhbəri: Gələcək fərdiləşdirmə üzərində qurulacaq - MÜSAHİBƏ 27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar Sahibkarların Balakəndə qəbulu keçiriləcək Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti İİB Qrupunun Özəl Sektor Forumu çərçivəsində keçirilən sərgidə Azərbaycan pavilyonu təşkil olunub
WUF13-ün “Urban Expo” sərgisində KOBİA da iştirak edir 19.05.26
WUF13-ün “Urban Expo” sərgisində KOBİA da iştirak edir

Stenddə yerli sahibkarların fəaliyyəti, məhsul və xidmətləri, eləcə də dövlət dəstəyi mexanizmləri ziyarətçilərə təqdim edilir.

Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Urban Expo” sərgisində tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən sahibkarların məhsul və xidmətləri təqdim edilir, onların fəaliyyəti barədə ziyarətçilərə məlumat verilir.

Sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası birgə stendlə iştirak edir. Əsas məqsəd Azərbaycanın tikinti, şəhərsalma sahələrində əldə etdiyi nailiyyətlərin, innovativ yanaşmaların və yerli sahibkarların potensialının beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.

Stenddə tikinti və şəhərsalma sahəsində fəaliyyət göstərən yerli sahibkarların məhsul və xidmətləri nümayiş olunur, həmçinin KOBİA tərəfindən sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri və ölkədə tikinti biznesinin inkişafı üçün mövcud imkanlar barədə məlumat verilir. Şirkətlər öz fəaliyyət istiqamətləri, istehsal gücü, innovativ məhsul və xidmətləri, həyata keçirdikləri layihələr və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimatlar edirlər, həmçinin maraqlı tərəflərlə işgüzar görüşlər keçirərək təcrübə mübadiləsi aparırlar.

WUF13 çərçivəsində keçirilən səhərsalma və mənzil təminatı sahələrində innovativ yanaşmaları təqdim edən “Urban Expo” sərgisində 82 ölkədən 260 təşkilat və qurumun iştirak etdiyi 130-a yaxın pavilyon nümayiş olunur. Sərgidə ümumilikdə 41 ölkəni təmsil edən milli pavilyonlar nümayiş etdirilir. Onların ən böyüyü 1500 kvadratmetr ərazini əhatə edən Azərbaycan pavilyonudur.

Powered by Froala Editor