Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Uşaqlar və yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulan məhsulların təhlükəsizliyinə dair texniki reqlament layihələrinin ictimai müzakirəsi baş tutub 01.10.25
Uşaqlar və yetkinlik yaşına çatmayan şəxslər üçün nəzərdə tutulan məhsulların təhlükəsizliyinə dair texniki reqlament layihələrinin ictimai müzakirəsi baş tutub

Tədbir çərçivəsində yeni texniki reqlamentlərin əsas təhlükəsizlik tələbləri, tətbiqindən gözlənilən faydalar, istehlakçıların hüquqlarının qorunması sahəsində üstünlüklərindən bəhs edilib, o cümlədən sahibkarların rəy və təklifləri dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə “Uşaq oyun meydançaları üçün avadanlıqların təhlükəsizliyi haqqında”, “Oyuncaqların təhlükəsizliyi haqqında”, “Uşaq və yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib.

Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev və KOBİA-nın KOB dostu departamentinin müdiri Elnur Əliyev çıxış edib.

Çıxışlar zamanı texniki tənzimləmə sisteminin mahiyyəti, bu sahədə görülən işlər və qarşıya qoyulan hədəflər, eləcə də ölkədə texniki tənzimləmə sisteminin qurulması və təkmilləşdirilməsində texniki reqlamentlərin rolu və strateji əhəmiyyəti barədə məlumat verilib. Həmçinin sahibkarlar ictimai dinləmə və müzakirələrdə fəal iştirak etməyə və öz təkliflərini səsləndirməyə dəvət ediliblər. 

Tədbir zamanı texniki reqlament layihələrinin əhatə dairəsi, burada əks olunan əsas təhlükəsizlik tələbləri, onların uyğunluğunun qiymətləndirilməsi sahələrində tətbiqi və istehlak bazarlarına müsbət təsirinə dair təqdimat nümayiş olunub. 

Sonda sual-cavab sessiyası keçirilib, iştirakçılarla fəal müzakirələr aparılıb, onların rəy və təklifləri dinlənilib. 

Məlumat üçün bildirək ki, maraqlı tərəflərin texniki reqlamentlərin hazırlanmasında aktiv iştirakının təşviqi, o cümlədən digər yeni milli texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsinin təşkili istiqamətində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən silsilə tədbirlər davam etdiriləcəkdir. 

Qeyd: Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb, 22 texniki reqlament layihəsi maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə Agentliyin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) ictimai dinləmə və müzakirəyə çıxarılıb.

Powered by Froala Editor