Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Udmurtiya ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib 21.02.22
Udmurtiya ilə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda Azərbaycan Respublikası – Rusiya Federasiyasının Udmurtiya Respublikası Biznes Forumu keçirilib.  

Tədbirdəki çıxışında İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiya Federasiyasının regionları ilə də işgüzar əlaqələrin inkişaf etdiyini, Udmurtiya ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün imkanların olduğunu bildirib, Agentliyin fəaliyyəti, KOBİA-nın iş adamları arasında əlaqələrin qurulmasına və birgə təşəbbüslərin reallaşdırılmasına dəstəyi barədə məlumat verib.

Qeyd edək ki, biznes forum İqtisadiyyat Nazirliyinin dəstəyi, İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Rusiya Federasiyasının Udmurtiya Respublikasının İnkişaf Korporasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Azərbaycan və Rusiya rəsmiləri, qida sənayesi, mebel, dəmir yolu avadanlıqları istehsalı və digər sahələr üzrə ixtisaslaşmış 50-dək şirkətin, həmçinin ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər. Biznes forumda işgüzar dairələr arasında perspektivli əməkdaşlıq sahələrinə və birgə təşəbbüslərə dair müzakirələr aparılıb, ikitərəfli görüşlər keçirilib. 

Powered by Froala Editor