Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Türkiyənin Mersin şəhərindən olan iş adamları üçün Azərbaycanda sahibkarlıq imkanlarına dair təqdimat keçirilib 01.08.25
Türkiyənin Mersin şəhərindən olan iş adamları üçün Azərbaycanda sahibkarlıq imkanlarına dair təqdimat keçirilib

Türkiyə iş adamları yerli KOB-larla birgə layihələr reallaşdırmağa dəvət olunub. 

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Mersin şöbəsinin üzvü olan iş adamları Bakıda səfərdədir. 

Səfər çərçivəsində “Bakı KOB evi”ndə türkiyəli iş adamları və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri arasında görüş keçirilib.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov KOBİA-nın fəaliyyəti, ölkəmizdə sahibkarlara göstərilən dəstək və xidmətlər, təşviq alətləri barədə məlumat verib. İş adamları Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən, iqtisadiyyatın prioritet sektorları üzrə potensialdan yararlanmaqla ölkəmizə investisiya qoyuluşuna, yerli KOB-larla birgə layihələr icra etməyə dəvət edilib. Qeyd olunub ki, KOBİA bu sahədə türkiyəli iş adamlarına dəstək göstərməyə hazırdır. 

Görüş zamanı KOBİA-nın fəaliyyətinə və dəstək mexanizmlərinə dair təqdimat keçirilib, iş adamları fəaliyyətləri barədə məlumat verib və onları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor