Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Türkiyə iş adamları üçün KOBİA-nın dəstək və xidmətlərinə dair təqdimat keçirilib 01.08.23
Türkiyə iş adamları üçün KOBİA-nın dəstək və xidmətlərinə dair təqdimat keçirilib

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attarın rəhbərlik etdiyi Türkiyə iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

 

Nümayəndə heyətinə müxtəlif sektorlarda fəaliyyət göstərən 30-a yaxın iş adamı daxildir. Səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətinə, Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlərə dair Türkiyə iş adamları üçün təqdimat keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.  


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə sahibkarlığın inkişafı, biznes imkanları, işğaldan azad edilmiş Azərbaycan ərazilərində biznes və investisiya qoyuluşu üçün potensial, Agentliyin yerli və xarici iş adamlarına göstərdiyi dəstək barədə məlumat verib. Qeyd edilib ki, belə səfərlər biznes dairələri arasında əlaqələrin genişləndirilməsində və yeni əməkdaşlıqların qurulmasında əhəmiyyətlidir. KOBİA Türkiyə iş adamları ilə yerli KOB-lar arasında əlaqələrin qurulmasına, ortaq layihələrin və işbirliklərinin reallaşdırılmasına dəstək göstərməyə hazırdır.


Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar səfərin məqsədi, rəhbərlik etdiyi fondun ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün gördüyü işlər barədə məlumat verib.


Türkiyə iş adamları həmçinin, “Bakı KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən biznes subyektlərinə göstərilən xidmətlərlə tanış olublar. 

 

Powered by Froala Editor