Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və "B2B" görüşləri” tədbiri keçirilib 24.02.26
“Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və "B2B" görüşləri” tədbiri keçirilib

Bakıda Türkiyənin Ticarət Nazirliyinin koordinasiyası, Türkiyə İxracatçılar Assambleyasının (TİM) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun tərəfdaşlığı ilə “Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və "B2B" görüşləri” tədbiri keçirilib. 

Tədbirin məqsədi iş adamları arasında birbaşa əlaqələrin qurulmasına, yeni tərəfdaşlıqların formalaşdırılmasına dəstək olmaq, qarşılıqlı ticarət dövriyyəsinin artırılmasını təşviq etməkdir. 

Tədbirdə çıxış edən TİM-in prezidenti Mustafa Gültepe, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Azərbaycan ilə Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşmış strateji əməkdaşlığın iqtisadi sahədə daha da genişlənməsi üçün imkanlar və mövcud iqtisadi-ticarət əlaqələri barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, biznes subyektləri arasında qurulacaq hər bir yeni əlaqə, eləcə də mövcud əməkdaşlıqların inkişafı uzunmüddətli və dayanıqlı iqtisadi-ticarət münasibətləri üçün möhkəm zəmin yaradır.

Tədbir çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər də keçirilib. “B2B” görüşlərdə müxtəlif sektorları təmsil edən şirkətlər tərəfindən məhsul və xidmətlər üzrə təqdimatlar keçirilib, potensial tərəfdaşlıq imkanları müzakirə olunub. 

Türkiyə nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində həmçinin, yerli şirkət və qurumlara səfərlər, eləcə də bazar araşdırması tədbirləri nəzərdə tutulur. Bu tədbirlərin məqsədi Azərbaycan bazarının imkanlarını yerində qiymətləndirmək və konkret əməkdaşlıq mexanizmlərini müəyyənləşdirməkdir.

Powered by Froala Editor