Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələri “Bakı KOB evi”ndə olublar 23.10.25
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nümayəndələri “Bakı KOB evi”ndə olublar

Bakıda İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin sənaye, elm, texnologiya və innovasiya nazirlərinin 2-ci iclası çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub. 


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Bakı KOB evi”nin nümayəndələri tərəfindən qonaqlara KOB evi konsepsiyası və onun üstünlükləri barədə məlumat verilib. Qeyd olunub ki, sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər KOB evlərində vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunur. KOB evi modeli biznesə xidmətlərin göstərilməsi sahəsində yeniliklərdəndir. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən Azərbaycanın KOB evi modeli qabaqcıl innovativ təcrübə və nümunəvi model kimi qiymətləndirilərək, tətbiqi təşkilata üzv ölkələrə tövsiyə edilib. Artıq bu modelin tətbiqinə dair bir neçə ölkə ilə əməkdaşlıq sənədləri imzalanıb. 


KOB evi ilə tanışlıq çərçivəsində qonaqların sualları da cavablandırılıb. 

Powered by Froala Editor