Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya Portalında 147 biznes layihəsi investor gözləyir KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib
Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib 10.10.19
Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın növbəti müzakirəsi turizm biznesindəki mövcud vəziyyət və perspektivlərə həsr olunub.

Bununla bağlı oktyabrın 10-da keçirilən Forumda müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Forumda turizm biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib, sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən turizm biznesi sektorunun inkişafına dair müxtəlif təkliflər səsləndirilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma olduğunu, tədbir çərçivəsində maraqlı təkliflərin səsləndiriləcəyinə əminliyini bildirib. Qeyd olunub ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir və KOBİA yanında İctimai Şurada bir sıra ictimai təşkilatlar, o cümlədən Azərbaycan Turizm Assosiasiyası təmsil olunur. Orxan Məmmədov turizm biznesi sahəsinə dair bir sıra təkliflərdə səsləndirib. Bildirilib ki, turizm sahəsində yeni qanunvericilik aktlarının hazırlanması, yeni təşviq mexanizmlərinin yaradılması prosesində bu sektorda fəaliyyət göstərən KOB-lar və onların birlikləri yaxından iştirak etməli və təmsil olunmalıdır. KOBİA isə bu prosesə sahibkarları cəlb etməyə hazırdır. Sahibkarlar turizm layihələrinin həyata keçirilməsi zamanı investisiya təşviqi mexanizmindən istifadə edərək vergi güzəştləri əldə edə bilərlər. Bu baxımdan KOB subyektlərini bu sahədə aktiv investisiya fəaliyyətinə dəvət edirik. Bundan başqa, daxili bazar araşdırmaları dəstək mexanizmindən turizm biznesi sektorunda istifadə oluna bilər.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında turizm sahəsində həyata keçirilən yeniliklər və layihələr, qarşıdakı hədəflər barədə məlumat verib.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Assosiasiyanın fəaliyyəti, turizmin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən danışıb, sahənin inkişafına dair müvafiq təkliflər səsləndirib.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov forumda Agentlik yanında İctimai Şura üzvləri və qeyri-hökumət təşkilatları tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.

Tədbir çərçivəsində həmçinin, KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici video çarx nümayiş olunub.

Powered by Froala Editor