Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Tikinti xammal ehtiyatlarının hasilatı, tikintiyə icazə və kommunal xidmətlərə qoşulmaya dair onlayn tədbir keçirilib 16.03.21
Tikinti xammal ehtiyatlarının hasilatı, tikintiyə icazə və kommunal xidmətlərə qoşulmaya dair onlayn tədbir keçirilib

Martın 16-da dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində “Tikinti xammal ehtiyatlarının hasilatı, tikintiyə icazə və kommunal xidmətlərə qoşulma” mövzusunda növbəti onlayn görüş keçirilib.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, “Azərişıq” ASC, “Azərsu” ASC, Qum, Çınqıl və Daş İstehsalçıları Assosiasiyasının nümayəndələri və sahibkarlar iştirak ediblər.


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyə tikinti, kommunal xidmətlərə qoşulma sahələri üzrə daxil olmuş müraciətlər, sahibkarlar arasında keçirilmiş sorğular və görüşlər barədə məlumat verib, sorğuların nəticələrinin aidiyyəti qurumlara təqdim olunduğunu, sahibkarların çətinliklərinin dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində öz müsbət həllini tapdığını vurğulayıb. 


Tədbirdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Ramazan Əliyev, “Azərişıq” ASC-nin sədrinin müşaviri Elsəvər Rüstəmli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin şöbə müdirinin müavini Azər Məmmədov tikinti xammal ehtiyatlarının hasilatı, tikinti və istismara icazənin verilməsi, kommunal xidmətlərə qoşulma ilə bağlı aparılan islahatlar və bu sahədəki yeniliklər, xidmətlərin elektronlaşdırılması barədə məlumat verib, sahibkarları maraqlandıran sualları cavablandırıblar.


Onlayn görüş çərçivəsində həmçinin, tikintiyə və istismara icazəni asanlaşdıran “Bir pəncərə” sisteminə dair təqdimat keçirilib.

Powered by Froala Editor