Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Tərtər rayonunda KOB dostu fəaliyyətə başlayıb 03.09.21
Tərtər rayonunda KOB dostu fəaliyyətə başlayıb

Qarabağ iqtisadi rayonu üzrə sayca ikinci Kiçik və Orta Biznesin Dostu (KOB dostu) Tərtər rayonunda fəaliyyətə başlayıb. Tərtər Gənclər Mərkəzində fəaliyyət göstərəcək KOB dostu Tərtərlə yanaşı, ətraf şəhər və rayonların sahibkarlarına da biznes sahəsində dəstək və xidmətlər göstərəcək.

 

Sentyabrın 3-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Tərtər Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib, iştirakçılar KOB dostu ofisində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.

 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB dostu mexanizmi və Agentliyin digər dəstək və xidmətləri barədə sahibkarlara məlumat verib, onları KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib. Vurğulanıb ki, KOB dostu Tərtər rayonunda sahibkarlıq fəaliyyətinin inkişafı, yeni biznes subyektlərinin yaradılması, sahibkarların maraqlarının müdafiəsi və s. kimi istiqamətlərdə dəstək və xidmətləri yerində göstərəcək. Bununla yanaşı, KOB dostu lazım gəldikdə sahibkarları müvafiq qurumlarla əlaqəndirəcək, onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görəcəkdir.

 

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsi zamanı döyüş bölgəsindən kənarda yerləşən bir sıra şəhər və kəndlərimiz kimi Tərtər rayonu da Ermənistanın təxribatlarından ziyan çəkmişdir. Dağıntılara və itkilərə baxmayaraq, Tərtər sakinləri böyük əzm nümayiş etdirmişdir. Artıq Vətən müharibəsi zamanı əmlaklarına ziyan dəymiş vətəndaşlara və sahibkarlıq subyektlərinə maddi yardımların ödənilməsinə başlanılmışdır. 

 

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov özəl sektorun inkişafı istiqamətində rayonda həyata keçirilən tədbirləri diqqətə çatdırıb, digər dövlət dəstəyi mexanizmləri kimi, KOB dostunun da sahibkarlıq fəaliyyətinin genişlənməsi və biznesə yeni başlayanlar üçün əhəmiyyətli olacağını vurğulayıb.

 

Tədbir çərçivəsində KOBİA-nın sahibkarlara göstərdiyi dəstək və xidmətlər, KOB dostu mexanizmi ilə bağlı filmlər nümayiş olunub, sahibkarların sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda KOBİA-nın ölkənin 26 şəhər və rayonunda 31 KOB dostu fəaliyyət göstərir. 

 

Tədbirdən sonra KOBİA-nın nümayəndələri Tərtər rayonunda fəaliyyət göstərən bir sıra istehsal müəssisələri və fermer təsərrüfatları ilə tanış olub, sahibkarlarla görüşüblər. 

Powered by Froala Editor