Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sumqayıtda fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri ilə görüş keçirilib 24.12.19
Sumqayıtda fəaliyyət göstərən kiçik və orta biznes nümayəndələri ilə görüş keçirilib

Sahibkarların problemlərinin öyrənilməsi və həllinə dəstək göstərilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlarla görüşlər davam etdirilir.

Dövlət-sahibkar dialoqu çərçivəsində sahibkarlarla növbəti belə görüşlər Sumqayıtda və şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində keçirilib.

KOBİA-nın təşkilatçılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşlərdə İqtisadiyyat Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.

Görüşlərdə istehsal və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların kommunal xidmətlər, maliyyə resurslarına çıxış imkanları, istehsal sahələrinin tikintisi, özünüməşğulluq proqramında iştirak, torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı müraciətləri dinlənilib, sualları cavablandırılıb. Sahibkarlar tərəfindən qaldırlan bir sıra məsələlərin müvafiq qurumların iştirakı ilə araşdırılacağı və nəticələri barədə sahibkarların məlumatlandırılacağı bildirilib.

Görüşlərdə həmçinin, KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, sahibkarlıq fəaliyyəti ilə bağlı qarşıya çıxan məsələlərlə Agentliyin Sumqayıt şəhəri üzrə “KOB Dostu”na müraciət edilməsi tövsiyyə olunub.

Hacı Zeynalabdin Tağıyev qəsəbəsində keçirilən görüşdə 30-dan çox sahibkar arasında sorğu da keçirilib.

Powered by Froala Editor