Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub Test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsalı müəssisəsi yaradılacaq Şəki-Zaqatala iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Startap rəhbəri: Gələcək fərdiləşdirmə üzərində qurulacaq - MÜSAHİBƏ 27 İyun – Beynəlxalq Mikro, Kiçik və Orta Müəssisələr Günü: dünyanı dəyişən KOB-lar Sahibkarların Balakəndə qəbulu keçiriləcək Türkiyənin Niğde bölgəsinin iş adamları “Bakı KOB evi”ndə olublar İnvestisiya Portalı: sahibkarları və investorları bir platformada birləşdirən dəstək aləti
“Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 10.07.26
“Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir

2025-ci ildə “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin ümumi dövriyyəsi təqribən 2 dəfə, orta işçi sayı isə 18% artıb. 

 

“Startap” şəhadətnaməsi almış sahibkarlıq subyektlərinin fəaliyyətində müsbət dinamika müşahidə olunur. Aparılmış təhlillərə əsasən bir sıra startaplarda biznes fəaliyyətinin genişləndiyi, məşğulluq imkanlarının artdığı müəyyən edilib. 2025-ci ildə müvafiq sənədi almış 59 KOB subyekti üzrə aparılmış təhlillər göstərir ki, onların ümumi dövriyyəsi 2024-cü ildəki 3,2 milyon manatdan 2025-ci ildə 6,1 milyon manata yüksələrək təxminən 2 dəfə artıb. Bu dövrdə müvafiq müəssisələrdə çalışanların orta işçi sayı 183 nəfərdən 216 nəfərə çatıb ki, bu da 18% artım deməkdir.  


Dövriyyəsində və işçi sayında artım qeydə alınan layihələr əsasən e-ticarət, rəqəmsal platformalar, süni intellekt, nəqliyyat və logistika, turizm və biznes proseslərinin rəqəmsallaşdırılması sahələrində fəaliyyət göstərən startaplardır. Müvafiq sənədi almış startaplar bazara bir sıra innovativ məhsul və xidmətlər təqdim ediblər. Bəzi startaplar yerli və xarici investorlardan sərmayələr cəlb ediblər. 


Bu göstəricilər “Startap” şəhadətnaməsinin innovativ bizneslərin formalaşmasına, məşğulluğun artmasına və startapların iqtisadi fəaliyyətinin genişlənməsinə müsbət təsir göstərdiyini nümayiş etdirir.


Qeyd edək ki, “Startap” şəhadətnaməsini əldə etmiş sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilirlər. “Startap” şəhadətnaməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən verilir. İndiyədək 282 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. 

 

 

Powered by Froala Editor