Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sosial həssas qrupdan olan vətəndaşların məşğulluğuna dair onlayn görüş keçirilib 21.03.21
Sosial həssas qrupdan olan vətəndaşların məşğulluğuna dair onlayn görüş keçirilib

Martın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Sosial həssas qrupdan olan vətəndaşların məşğulluğunun təmin olunmasında dövlət-sahibkar əməkdaşlığı” mövzusunda onlayn görüş keçirilib. 

Sosial həssas qrupdan olan vətəndaşların məşğulluğunun təmin olunması məqsədilə həyata keçirilən proqram və layihələr, o cümlədən əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı barədə sahibkarlıq subyektlərinin məlumatlandırılması məqsədilə təşkil olunmuş tədbirdə KOBİA-nın Kiçik və Orta Biznesin Dostu departamentinin nümayəndələri Nicat Namazov, Adil Əhmədov və Nicat Əlizadə, Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Fatimə Ələkbərova, Azər Əlizadə və Qədir İsayev, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və sosial həssas qrupdan olan vətəndaşlar iştirak ediblər. 

 

Onlayn görüşdə Dövlət Məşğulluq Agentliyinin nümayəndələri ortaq layihə çərçivəsində 2 ildən artıq müddətdə özünüməşğulluq və sosial iş yerlərində əmək haqqının birgə maliyyələşdirilməsi istiqamətində görülən işlər, şəhid və qazi ailələrinin məşğulluğuna dəstək məqsədilə həyata keçirilən və prespektivdə olan layihələr barədə məlumat veriblər. Qeyd olunub ki, əmək haqqının birgə maliyyələşməsi proqramı da daxil olmaqla Dövlət Məşğulluq Agentliyinin reallaşdırdığı digər layihələrdə şəhid ailə üzvləri, əlillər, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə üstünlük verilir. 

KOBİA-nın nümayəndələri isə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində sosial həssas qrupdan olan vətəndaşların məşğulluğunun təmin olunmasının vacibliyini qeyd edərək, sahibkarları əməkhaqqının birgə maliyyələşdirilməsi və digər proqramlardan yararlanmağa dəvət edib. 

Sonda şəhid ailələri, qazi, əlil və müharibə iştirakçılarına xüsusi üstünlük təqdim edən proqram və layihələr barədə tədbir iştirakçılarının sualları cavablandırılıb. 

Powered by Froala Editor